Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEOR

Tarix 03.12.20, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


“Mən sənə qələbə sevincini yaşadacağam, ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən. Başını dik tut, şəhidlik elə bir zirvədir ki, bu ali məqam hər kəsə nəsib olmur” deyirdi şəhid leytenant Kamran Quluzadə. 

Baku TV əməkdaşları bu gün qırx mərasimi olan şəhidimizin ailəsi ilə görüşüb.

Şuşa uğrunda gedən gərgin döyüşlərdə düşmənə ağır zərbə vuraraq, şəhidlik zirvəsinə ucalan  leytenant Kamran Quluzadə hələ uşaq yaşlarında taxtadan hazırladığı silahla “mən düşmənlərimizi öldürəcəyəm, general olacağam” deyirdi. 

“Övladımın vətənə sevgisinə, qorxmazlığına heyran idim. O, hər zaman çalışıb, gecə-gündüz kitab əlində düşməyib”, - Kamranın anası Maya Quliyeva deyib.

Kamran 2015-ci ildə Heydər Əliyev adına Ali hərbi məktəbdə daxil olub. Buranı yüksək göstəricilərlə bitirir, vətənə xidmət üçün Naxçıvana yola düşüb. Vətən Müharibəsi başlayanda yeddi kurs yoldaşının şəhidlik xəbəri Kamranı bərk sarsıdır. Ailəsinə demədən cəbhəyə yollanıb. 

Şəhidimizin atası Pərviz Quliyevin sözlərinə görə, Kamran hər söhbətində qardaşlarına vətən sevgisini aşılayırdı. 







Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap