Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Anamdan olsa, hər il doğar“ - Rəqsanənin qızı

Tarix 27.12.18, 13:12

Font ölçüsü : - / +
bitmap-img6


"Allaha min şükür əkizlər böyüməyə başlayıblar. Qızımız demək olar ki, tam yaxşıdır, oğlan isə bir az narahatdır".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova ARB TV-nin “Show news” verilişinə açıqlamasında deyib. İfaçı ilk olaraq əkiz övladlarının sağlıq durumundan danışıb:
“İstər-istəməz oğlanlar bir az zəif olurlar. İnşallah yəqin ki, yaxşı olacaq. İnstaqramda hərə oturub bir söz yazır. Ona görə mən qapalı qalmağını istədim. Biz artıq bu sənətin içindəyik. Mənim özümə nə deyirlər, desinlər. Amma övlada toxunmağı xoşlamıram. Yaxşı ki, mən uşaqlarımı Moskvada dünyaya gətirmişəm”.

İfaçı övladları arasında 10 il fərq olduğunu qeyd edib:

“Aysun 1998-də, Yağmur 2008-də, əkizlər isə 2018-ci ildə doğulub. Uşaqlarımın arasında 10 il fərq var”.

Növbəti uşaq istəyinə isə müğənninin cavabı belə olub:

“Əslində mən uşaq istəyənəm. Yaxşı ki, sənətə gəlmədən öncə cavanlıq vaxtlarımda Aysunu dünyaya gətirmişəm. Mənim 39 yaşım var. Bəzi müğənnilər kimi yaşımı danan insan deyiləm. 1979 təvəllüdəm. Bizimkilərin 50 yaşı var, deyirlər ki, mənim 30 yaşım var. Mən sənətə gəlməsəydim, bəlkə də burdan ora qara-qara gədələr düzərdim. Bundan sonra düşünmürəm. Amma bəlkə də oldu. Yalandan deyim eləmərəm, yox, edərəm. Mən uşaq sevirəm”.

Müğənninin qızı Aysun da anası ilə bağlı maraqlı açıqlama verib:

“Ondan olsa, hər il bir övlad dünyaya gətirər. Futbol komandası yığardıq”.






Xəbərin oxunma sayı : 1396




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap