Talıb Tale: “Orda telefonumu oğurladılar” Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur
Axtar
 
  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

“Anar müəllim demək istəyir ki, Abutalıbov “erməni” ittihamının ünvanını dəyişik salır“

Tarix 10.09.17, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


Aqillərimiz nahaq yerə hər şərdə bir xeyir var deməyiblər ki. Akif Əli fındıqbaşlıq etməsəydi və "Sahil" bağı yaxınlığında "26" adlı bar-restoran Hacıbala Abutalıbov tərəfindən günün günorta çağı yerlə yeksan edilməsəydi, bir çox tanınmış insanların içindəkiləri ehtiyatla da olsa püskürməsinin şahidi olmazdıq. Son iki gündə nələr eşitmədik, nələr oxumadıq...

Ən son təəccübümüzə səbəb olan məqamsa Hacıbala Abutalıbovun Azərbaycan Yazıçılar Birliyinə sataşması və qurumun əbədiyaşar sədri Anarın üsulluca Bakı merinin cavabını verməsi oldu.

Belə ki, Hacıbala Abutalıbovun "Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar" atmacasına Anar "Əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar" cavabını verməklə arvadı, eləcə də dayısı ertməni ola-ola millətin başında qoz qırmaqdan usanmayan bəzi səlahiyyət sahiblərini nəzərdə tutub...

Tanınmış ictimai xadim, professor Qulu Məhərrəmli də Moderator.az-a açıqlamasında Hacıbala Abutalıbovu qınayaraq Anarın iynəli cavabına haqq qazandırıb:

"Əvvəla, onu deyim ki, Bakı şəhər meri H.Abutalıbovun müəmmalı ad məsələsinə görə hansısa kafeyə hücüm çəkərək onu bağlaması və məhkəmə qərarı olmadan sahibkarın əmlakına əl qoyması tamamilə qanunsuz hərəkətdir. İlin-günün bu vaxtında hadisələrin bəlli ssenari üzrə getməsi, bir az qarşıduran  tərəflərin haqq-hesab çürütməsi təsiri bağışlayır. Merin jurnalistlərə açıqlamasında AYB-nin ünvanına  səsləndirdiyi “erməni” söhbəti isə tamamilə qeyri-etikdir. Hər şeydən görünür ki, H.Abutalıbov cəmiyyəti də öz emosional davranışlarına şərik etmək istəyir. O ki, qaldı Anar müəllimin ittihamlara cavabına, məncə böyük yazıçı nə dediyini çox gözəl bilir. Neçə illərdir ki, ölkədə məsul vəzifə tutan bəzi şəxslərin ailə üzvlərinin milli mənsubiyyəti ilə bağlı söhbətlər dolaşır. Güman ki, Anar müəllim demək istəyir ki,  H.Abutalıbov “erməni” ittihamının ünvanını dəyişik salır. Yəni AYB rəhbərliyində heç kim ermənilərlə qohum deyil, onlarla qohumluğu olanları başqa strukturlarda axtarın".



Xəbərin oxunma sayı : 772

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda