“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Aqrolizinq”ə dəymiş 2 milyonluq maddi ziyan ödətdirilib – Baş Prokurorluq

Tarix 01.03.21, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmizdə yaradılmış azad və rəqabətli bazar iqtisadiyyatı mühitindən sui-istifadə edilməklə qanun pozuntularına yol verilməsi hallarına qarşı prokurorluq orqanlarının kompleks, sistemli və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, belə tədbirlərdən biri kimi, “BMS AQRO” MMC-nin təsisçisi və direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Balakişiyev Mülhazil Süleyman oğlunun “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderdə iştirak edib qalib olmaqla qeyd edilən Cəmiyyətlə müqavilə bağlanması və mal alınması məqsədilə ödənilmiş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə, habelə lizinq yolu ilə alınması nəzərdə tutulan ümumilikdə 2 milyon 212 min manat dəyərində malın təqdim edilməməsində ifadə olunan hərəkətləri ilə həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. 

İş üzrə toplanmış sübutlar əsasında Mülhazil Balakişiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı “Aqrolizinq” ASC-yə vurulmuş 2 milyon 212 min manat məbləğdə maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.



Xəbərin oxunma sayı : 817




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap