Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Araz” supermarketi reklam etdiyi malı satmaqdan imtina etdi

Tarix 16.02.17, 17:37

Font ölçüsü : - / +
bitmap-img6


“Araz” marketlər şəbəkəsinin mətbuat xidmətindən redaksiyamıza bildirildiyinə görə, şəbəkənin adı çəkilən siqaret markasının tədarükçüsü ilə müqaviləsinə əsasən, mağazalarda bir hissə siqaret qutusu reklam məqsədilə yerləşdirilir və satış üçün nəzərdə tutulmayıb.

Mətbuat xidmətinin rəhbəri onu da əlavə etdi ki, müştərilərin məmnuniyyəti hər zaman daha önəmlidir.

Sözügedən prinsipi nəzərə alaraq, redaksiyamızın əməkdaşı “Araz” marketlər şəbəkəsinin məsul əməkdaşından satışda olmayan malın reklam edilməməsini və bununla alıcıları qıcıqlandırmamağı xahiş etdi.

*   *   *

Bu gün virtualaz.org analitik-informasiya portalının əməkdaşı “Araz” marketlər şəbəkəsinin “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən filialında (M.Şərifli küçəsi, 25) qəribə halla rastlaşıb.

Bakıda mağazalarda siqaret qıtlığı barədə dəfələrlə yazmışıq və bunun mümkün səbəblərini də göstərmişik. Lakin siqaretlər ola-ola onların satışından imtina edilməsi təəccüb doğurmaya bilmir.

Əməkdaşımız sözügedən mağazanın satıcı-kassirindən vitrində reklam olunan “Rothmans” siqaretindən 1 qutu istəyib. Lakin satıcı bu siqaretlərin qurtardığını bildirib. Jurnalist o zaman vitrindəki qutulardan birinin verilməsini xahiş etdikdə, kassir-satıcı buna yalnız müdiriyyətin icazəsinin olduğunu deyib.

Müdiriyyətin kassaya yaxınlaşan nümayəndəsi isə əməkdaşımıza bu qutuların reklam məqsədi ilə vitrinə yerləşdirildiyini və satılmadığını deyəndə, cavab jurnalistin təəccübünə səbəb olub: “Satmırsınızsa, niyə və nəyi reklam edirsiniz?” Suala supermarketin nümayəndəsi daha absurd ifadə ilə cavab verib: “Bunları satmaq qadağandır. Reklam üçündür. Vitrini açsaq, 50 manat cəriməsi var”.

Maraqlıdır, əgər bir mal reklam olunursa və fiziki olaraq mağazada mövcuddursa, niyə satılmır? Və əgər satılmırsa, reklamın məqsədi nədir?





Xəbərin oxunma sayı : 130




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap