Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“ArmenianReport”:“Ermənistan ordunun acınacaqlı vəziyyəti göz qabağındadır“

Tarix 14.03.18, 19:16

Font ölçüsü : - / +
bitmap-img6


Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir.

Azərtac xəbər verir ki, bu fikirlər Ermənistanın “ArmenianReport” saytının ölkənin müdafiə naziri Vigen Sarkisyanın orduda islahatların aparılması ilə bağlı söylədikləri əsasında yaydığı məqalədə əksini tapıb. Ermənistanın müdafiə naziri qeyd edib ki, silahlı qüvvələrin modernləşməsi və islahatlar proqramı çərçivəsində ordu-xalq anlayışı tətbiq olunmalıdır.

Sayt isə nazirin fikrini şərh edərək bildirib ki, bu gün Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır. Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır.

Yazıda, həmçinin qeyd olunur ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq nazirin dediyi “islahatlar” fonunda yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu istiqamətdə Ermənistan parlamentində heç bir təklif səsləndirilməyib. Orduda problemlər gündən-günə artır. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi “xalq-ordu” ifadəsi isə yalnız qulağa xoş gələn bir arzudur.



Xəbərin oxunma sayı : 418




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap