Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Arsenal” futbolçularının şok görüntüləri yayıldı: 70-ə yaxın qızla... + VİDEO

Tarix 07.12.18, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


“Arsenal” futbolçularının şok görüntüləri yayılıb.

Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, aralarında Mesut Özil, Pyer-Emerik Obameyanq, Aleksandr Lakazett, Henrix Mixitaryan kimi futbolçuların yer aldığı komanda üzvlərinin ötən il İngiltərədəki gecə klublarının birində əylənərkən çəkilmiş gizli kamera görüntüləri yayılıb.

70-ə yaxın qızla birlikdə əylənən futbolçular spirtli içkilərdən və “hippy crack” adlı gülüş qazından istifadə ediblər. Daxilində azot protoksit maddəsi olan bu qazı şar vasitəsi ilə nəfəsinə çəkən futbolçuların huşlarını itirdiyi  bildirilir. Bu qaz xüsusilə spirtli içki ilə birlikdə istifadə olunanda ölümlə nəticələnə bilər.

Hadisənin şahidlərindən biri gördüklərini belə izah edib: "Narkotik maddənin təsirindən özlərində deyildilər. Məsut Özil şarın içindəkini dərin nəfəslə çəkdikdən sonra huşunu itirmiş kimi oldu. Qıvrımsaç futbolçu (Qenduzi) isə daha pis vəziyyətə düşdü, özündən getdi. Belə önəmli futbolçuların bu cür təhlükəli əməllərə əl atmaları inanılmazdır. Azarkeşlər və baş məşqçiləri bunu görsəydilər, qorxunc sonluq ortaya çıxardı".

Britaniya mətbuatında sensassiya yaradan bu görüntülərə görə klub rəhbərliyinin futbolçulara qarşı hansı addımı atacağı maraq doğurur.




 






Xəbərin oxunma sayı : 208




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap