Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Artıq YAP da özünün siyasi partiya əhəmiyyətini itirib” - Pənah Hüseyn

Tarix 24.05.17, 3:51

Font ölçüsü : - / +
bitmap-img6


“AXCP ilə Müsavat müxalifətdaxili inteqrasiya prosesində iştiraka meylli görünmür”.

Bu fikirləri Yenicag.Az-a müxalifət düşərgəsində mümkün inteqrasiya prosesini dəyərləndirən Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn səsləndirib.

Pənah Hüseyn bildirib ki, hazırda müxalifətdaxili əməkdaşlıq bir neçə partiyanın müxtəlif məsələlərlə bağlı ara-sıra məsləhətləşmə aparması ilə çərçivələnir:

“Vəziyyətin ciddi surətdə dəyişməsi üçün təşəbbüslər hələ ki yoxdur. Bununla belə, bəzi müxalifət partiyaları bir araya gələrək, müxtəlif məsələlərlə bağlı müəyyən məsləhətləşmələr aparırlar. Qeyd edim ki, bu məsləhətləşmələrdə 11 partiya iştirak edir: KXCP, ADP, VİP, AXP, Aydınlar və digərləri. Aparılan müzakirələrdə bu partiyaların 2018-ci il prezident seçkilərində vahid namizədinin müəyyənləşdirilməsi prosesinin başladılması da təklif olunmuşdu. Bu məsələ sadəcə, seçki məsələsinin gündəmə gətirilməsi yox, müxalifətdaxili inteqrasiyanın dərinləşdirilməsinə bir keçid kimi düşünülürdü. Çünki indiki vəziyyətdə hər hansı seçki mühitindən danışmaq qeyri-ciddi olardı. Ancaq bu istiqamətdə konkret prosesin başlamasından danışmaq tezdir. Digər tərəfdən, bir çox partiya və siyasətçilər tərəfindən buna bir həvəs olduğu da görünmür. Yəni dediyim təşəbbüs bundan ibarətdir.

Belə düşünürəm ki, cəmiyyət daxilində və ya beynəlxalq aləmdə hansısa ciddi bir hadisə baş verməsə, bu təşəbbüslərin reallaşması istiqamətində addımların atılmasına yalnız ümid eləmək qalacaq”.

AXP sədri əlavə edib ki, Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyaları müxalifət daxilində aparılan bu məsləhətləşmələrdən yayınır:

“Ölkədəki proseslərə təsir imkanlarına görə, adlarını çəkdiyiniz partiyaların müxalifətdaxili inteqrasiyada iştirakı xüsusi əhəmiyyətə malikdir. Ancaq hər iki partiyanın bu prosesdə iştirak meyili görünmür, yaxud da o istək hiss olunmur”.

Hüseynin fikrincə, hakimiyyətin ölkədə real siyasi proseslərin yenidən başlamasına şərait yaradacağı gözlənilmir:

“Real baxsaq, ölkədə plüralizm cəmiyyətin aradan qaldırılması indiki hakimiyyətin əsas daxili strateji-siyasi hədəflərindən biridir. Ona görə də, əksinə, mənə belə gəlir ki, bu hakimiyyət qorunub-saxlandıqca və yuxarıda söylədiyim hansısa ciddi hadisələr baş verməyənə qədər, bu proses davamlı olacaq. Yəni faktiki olaraq, siyasi rəqabət mühitinin və siyasi partiyalaşmanın tamamilə aradan qaldırılması, sonda hətta YAP-ın da özünün siyasi partiya əhəmiyyətini itirməsi və avtoritar-totalitar tipli cəmiyyətin formalaşdırılması prosesi davam edəcək. Əslində, YAP-ın özünün siyasi partiya əhəmiyyətini itirməsi artıq baş verib. Əbəttə ki, təbii yolla bu proses əbədi gedə bilməz. Hər halda, bu, özü-özünün sonunu hazırlayan və təəssüf ki, hansısa məqamda sarsıntılı hadisələrə yol açan bir prosesdir”.



Xəbərin oxunma sayı : 283




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap