Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

"ASAN-Xidmət", komitə, məhkəmələr... - Bu qurumlarda 103 vakant vəzifə var

Tarix 13.06.19, 10:20

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

AzFakt.com DİM-ə istinadla xəbər verir ki, müsahibədə iştirak üçün namizədlər iyulun 12-si saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

– struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə

– vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunan vakant vəzifələr haqqında məlumat aşağıdakılardır: 

– Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (40 vəzifə) –BB3 altqrupu üzrə 39, BB4 altqrupu üzrə 1 vəzifə

– Əmlak Məsələləri Dövlət Komitəsi (38 vəzifə) – BA4 altqrupu üzrə 1, BB1 altqrupu üzrə 3, BB2 altqrupu üzrə 12, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 21 vəzifə

– Şəki Ağır Cinayətlər Məhkəməsi (3 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2 vəzifə

– Şirvan Apelyasiya Məhkəməsi (13 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 12 vəzifə

– İsmayıllı Rayon Məhkəməsi – BB4 altqrupu üzrə 2 vəzifə

– Əqli Mülkiyyət Agentliyi – BA4 altqrupu üzrə 1 vəzifə

– Biləsuvar Rayon Məhkəməsi – BB4 altqrupu üzrə 1 vəzifə

– Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi -BB4 altqrupu üzrə 5 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 103 vakant vəzifənin 15-i 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 70-i isə 7-ci təsnifata aid olmaqla, 15-i BA, 88-i isə BB vəzifə qrupuna aiddir.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap