Azərin: “O sevgini yaşamıram” Ferhat Göçer Ququşla duet oxuyacaq “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə Talıb Tale: “Orda telefonumu oğurladılar”
Axtar
 
  • / Maqazin / — 22 Noyabr 2017

    Azərin: “O sevgini yaşamıram”

  • / Maqazin / — 22 Noyabr 2017

    Ferhat Göçer Ququşla duet oxuyacaq

  • / Maqazin / — 22 Noyabr 2017

    “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə

  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

“Aspirinin təhlükəli xüsusiyyəti var!“

Tarix 09.09.17, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Amerika alimləri aspirinin təhlükəli xüsusiyyətini aşkar ediblər

Onlar bildiriblər ki, aspirin yoğun bağırsaqda yeni bədxassəli törəmələrin inkişafının qarşısını almaqla bərabər, xərçəng hüceyrələrinin təkamül potensialını artırır.

Nəticədə preparatın təsirinə məruz qalmayan xərçəng hüceyrələri ilə müqayisədə belə hüceyrələr çoxsaylı mutasiyalara uğrayır. Belə çıxır ki, dərman vasitələrinə davamlı olan xərçəng hüceyrələrinin payı aspirin üzündən artır.

Azərtac “Zdorovye Mail.Ru” saytına istinadla xəbər verir ki, alimlər laboratoriya eksperimentləri gedişində bu qənaətə gəliblər.

Tədqiqatların artan həcmi göstərir ki, beş il ərzində hər gün az miqdarda aspirin qəbul etmək gələcəkdə xərçəngin inkişaf riskini azaldır. Məsələn, yoğun bağırsaqda bədxassəli törəmələrin əmələ gəlməsi ehtimalı azalır.

ABŞ-da yaşlı əhalinin təqribən 50 faizi ürək-damar xəstəliklərinin profilaktikası məqsədi ilə hər gün 80-325 milliqram aspirin qəbul edir. Böyük Britaniyada bu göstərici 40 faiz təşkil edir.

Daha əvvəl amerikalı tədqiqatçılar bildirmişdilər ki, Alsheymer xəstəliyinin müalicəsində də aspirindən istifadə etmək olar.



Xəbərin oxunma sayı : 151

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda