Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“AtaBank”da qalmaqal davam edir:Etibar Babaşlı təftiş edilir?

Tarix 13.02.18, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq nazir İdarə Heyəti üzvünün nəzarətindəki işlərin təftiş edilməsinə göstəriş verib

Sabiq vergilər naziri Fazil Məmmədova məxsus “AtaBank”-ın sədri Dəyanət Quliyevlə İdarə Heyətinin üzvü Etibar Babaşlı arasında baş verən narazılıqla bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, sabiq nazirin nəzarətində olduğu və rəhbərliyində bacısı oğlunun dayandığı “AtaBank”da sədrlə İdarə Heyətinin üzvü üz-üzə gəlib. Belə ki, sədrlə müavinin üz-üzə gəlməsinin isə əsas səbəblərdən biri yaxın aylarda AtaBank-ın Fazil Məmmədovdan alınması ilə bağlı olduğu izah edilir. 



Məlumatda qeyd edilirdi ki, bankın idarə heyətinin üzvü Etibar Babaşlıya “AtaBank”-da Fazil Məmmədova bağlı şəxslərin siyahısının tutulması tapşırılıb. Həmçinin Etibar Babaşlıya özünün komandasını yaratması təlimatı verildiyi iddia edilirdi. Məlumatda Etibar Babaşlıya verilən bu tapşırıqdan Fazil Məmmədovun komandasının xəbər tutduğu və buna görədə Dəyanət Quliyev İdarə heyətinin üzvü ilə ilə görüşərək ondan istefa ərizəsi yazmağı tələb edib. Ancaq Etibar Babaşlı sədrin ona etdiyi təklifdən imtina edərək işinin başında qalacağını bildirib.



“AtaBank”dakı etibarlı mənbənin Tendensiya.com-a verdiyi məlumata görə, Dəyanət Quliyev Etibar Babaşlı qarşıdurmasının mətbuatda işıqlandırılmasından sonra İdarə Heyəti üzvünün bankdakı bütün işləri təftiş edilməyə başlayıb. İddiaya görə Etibar Babaşlının işlərinin yoxlanılması tapşırığını Dəyanət Quliyevə şəxsən sabiq nazir verib.

Image result for fazil məmmədov

Mənbəmiz Etibar Babaşlının ən yaxın adamlarının adına bankdan iri məbləğdə kreditlər götürərək özünə böyük biznes sahəsi yaratdığını deyir. Bu biznes sahələrindən biri də Etibar Babaşlının bankın keçmiş işçisi, dostu Elnur Osmanovla şərikli reklam şirkətidir. Bankın reklamlarının məhz bu şirkətdə hazırladığı və bu əməliyyatlardan E.Babaşlı ilə Elnur Osmanovun hər il külli miqdarda qazanc əldə etdikləri deyilir.

Tendensiya.com “AtaBank”da E.Babaşlının həyata keçirtdiyi bir neçə maliyyə tarnşları ilə bağlı göndərilən məlumatları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcək.

Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





Xəbərin oxunma sayı : 1129




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap