Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Atası prokurorluqda işləyirdi deyə...“ - Şıxıyevə Taylanda gedən daha 6 nəfəri aeroportda qoyub

Tarix 28.08.18, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bir neçə nəfəri səyahətə göndərmək adı ilə aldatmaqda ittiham edilən xanım növbəti dəfə hakim qarşısına çıxarılıb. Onun əməllərindən zərərçəkənlər arasında professor, müəllim, həkim də var.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyev Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan növbəti məhkəmə iclasında zərərçəkmiş Mehriban Tağıyeva ifadə verib. O deyib ki, Günel Şıxıyeva onu bir neçə dəfə çox ucuz qiymətə Taylanda istirahətə göndərib. Razı şəkildə də geri qayıdıblar.

Mehriban Tağıyeva və yaxınları daha sonra Günel Şıxıyevanın dələduzluq əməllərinin qurbanı olublar: "Günel turizm şirkətləri ilə əməkdaşlıq edirdi. Bileti alıb, sonra ödəyəcəyini deyirmiş. Biz dəfələrlə onun vasitəsi ilə səfərə getmişik. Bilet verirdi, biz də inanırdıq. Qızım dostları ilə Türkiyəyə, Antalyaya getmişdi. Otelə çatanda məlum olub ki, ödəniş edilməyib. Qızım çətin vəziyyətdə qalmasın deyə yoldaşım maşınını yarı qiymətinə satıb təcili pulu ödədi. Sonra da mənim vasitəmlə tanıdığım qohumumu aldatdı. O pulu da mən tapıb ödədim ki, söz-söhbət olmasın".

M.Tağıyeva daha sonra Günel Şıxıyeva ilə birlikdə şirkət açdıqlarını, amma orada da aldadıldığını deyib.

Zərərçəkmiş deyib ki, Günelə atasının prokurorluqda işləməsinə görə də etibar edib.

Məhkəmədə iştirak edən zərərçəkənlər deyib ki, Günel Şıxıyeva növbəti dəfə də avqustun 17-də daha 6 nəfəri hava limanında qoyub: "Bu azadlıqda qaldıqca yenə də insanları aldadır. Bu iş gedə-gedə yenə insanları aldadır".

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Növbəti məhkəmə iclası oktyabrın 4-nə təyin edilib. Prosesdə dövlət ittihamçısı çıxış edərək G.Şıxıyevaya cəza istəyəcək.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub boşanan Günel Şıxıyevanın bir azyaşlı uşağı var. Bu iş üzrə zərərçəkmişlərin sayı 8 nəfərdir. Belə ki, Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxırmış. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənirmiş.

Onların sözlərinə görə, Günel Şıxıyevanın dələduzluq əməllərinin qurbanı olan xeyli sayda şəxs var. Sadəcə istintaq orqanı ilk şikayət edən 8 nəfərin müraciəti əsasında açılan cinayət işinə baxıb. Digər zərərçəkmişlərin şikayəti əsasında istintaq hərəkətləri davam etdirilir.

Zərərçəkmişlər iddia edirlər ki, Günel Şıxıyeva barəsində edilən çoxsaylı şikayətlərdən sonra uşaq dünyaya gətirməyi planlaşdırıb: "Özü bizə deyirdi ki, gedin hara istəyirsiniz şikayət edin. Onsuz da həbs edilməyəcəyini söyləyirdi. Bu hadisələr 2016-cı ildən başlayıb. Günel dedi ki, bir uşaq dünyaya gətirəcəm, uşağım olsa, məni tutmayacaqlar. Elə də oldu. İndi onun 1 yaşında uşağı var və azadlıqdadır. Atası Oqtay müəllim yaxşı adamdır. Prokurorluqda işləyir, yaxşı adamdır".

Qeyd edək ki, Günel Şıxıyeva Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 454




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap