Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”- Nazir müavini

Tarix 15.02.20, 19:29

Font ölçüsü : - / +
bitmap-img6


“Autizmli uşaqların cəmiyyətə inteqrasiya imkanları artırılmalıdır”.

APA xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir: “Xüsusi qayğıya ehtiyacı olanlar arasında autizmli uşaqlar əsas yer tutur. Belə uşaqların sosial reabilitasiyası üçün mühüm tədbirlər həyata keçirilir. Ötən dövr ərzində internat və uşaq evlərinin inkişafı layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sosial Xidmət müəssisələrində 300-ə yaxın uşağın xidmət alması üçün şərait yaradılıb”.

A.Kərimov vurğulayıb ki, uşaqların yeni reabilitasiya və bərpa mərkəzləri yaradılıb: “Burada il ərzində 300-ə yaxın uşaq, o cümlədən autizmli uşaqlar sosial reabilitasiya xidmətlərindən faydalanır. Bu müəssisələrdə onlara psixoloq, əmək terapevti, loqoped, özünə qulluq xidmətləri göstərilir”.

2019-cu ildə ölkədə həyata keçirilən sosial layihələrin sayının daha da artdığını söyləyən nazir müavini ötən il ərzində bu layihələrdən təxminən 9000 şəxsin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların bəhrələndiyini qeyd edib: “Keçən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara göstərilən qayğı xüsusi rol oynayır. Ötən dövr ərzində autizmli uşaqlar üçün ayrıca layihə həyata keçirilib. Bu layihədə 800-dən çox uşaq iştirak edib. Çox faydalı olan bu layihənin 2020-2021-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində uşaqların psixososial reabilitasiyası, fizioterapevtik müalicə və müayinə xidmətləri , sosial inteqrasiya, nevropatoloq məsləhətlərinə xüsusi önəm verilib”.



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap