Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şavkat Mirziyayev ikinci müddətə seçilir – Böyük vədlər verir

Tarix 10.09.21, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Şavkat Mirziyayev hökumətyönlü Özbəkistan Liberal Demokratik Partiyasından ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb. Gələn ay ölkədə prezident seçkisi keçiriləcək.

Sentyabrın 9-da Daşkənddə partiya qurultayında nominasiyanı qəbul edən Mirziyayev daha çox islahat vəd edib. Fəallar isə onun birinci vəzifə müddətində böyük dəyişiklik edə bilmədiyini deyirlər. 35 milyon əhalisi olan Özbəkistan narazılara təzyiqlərlə seçilir.

Mirziyayevin 24 oktyabr seçkisini asanlıqla udacağı gözlənir. Digər dörd nəfər simvolik namizədlər hesab olunurlar. O vəd edib ki, ikinci dəfə beş il müddətinə seçilərsə, hər bir evdə yüksək sürətlə internet olacaq, adambaşına milli gəliri 1700 dollardan 4 min dollara qaldıracaq, jurnalistlərin şəxsən qorunmasını təmin edəcək.

Keçmiş prezident İslam Karimov Özbəkistan Liberal Demokrati Partiyadan bir neçə dəfə seçilmək üçün istifadə edib. O, 2016-cı ildə vəfat edib. O vaxtdan hakimiyyətə gələn Mirziyayev özünü islahatçı kimi göstərib, siyasi məhbusları azad edib, ölkəni qonşuların və digər ölkələrin üzünə açıb. Amma tənqidçiləri onun bir çox sahələrdə irəliləyiş əldə etmədiyini deyirlər.

Məsələn, Mirziyayev Özbəkistanda siyasi qruplara qarşı olmadığını desə də, müstəqil siyasətçilər seçkiyə namizədliklərini qeydiyyata aldıra bilməyiblər. (azadliq.org)



Xəbərin oxunma sayı : 865




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap