“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Avropa İttifaqının Təhlükəsizlik Şurası yarıdılsın” – Almaniya XİN-dən təklif

Tarix 10.11.19, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya Xarici İşlər naziri Hayko Maas növbəti dəfə Avropa İttifaqının (Aİ) Təhlükəsizlik Şurasının yaradılmasını təklif edib.

H. Maas bu gün “Der Spiegel” jurnalında dərc edilən məqaləsində yazıb ki, avropalılar bu struktur çərçivəsində beynəlxalq siyasət və təhlükəsizlik sferalarında birgə iş apara bilərlər.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, Böyük Britaniya Aİ-ni tərk etsə belə, Aİ-nin Təhlükəsizlik Şurasının işində iştirak etməlidir.

ABŞ-ın bir müddət əvvəl yaxın tərəfdaşları ilə müzakirə aparmadan Suriyanın şimalından qoşunlarını çıxardığını və Türkiyənin bu bölgədə hərbi əməliyyat keçirdiyini qeyd edən H. Maas Fransa Prezidenti Emmanuel Makronun NATO-nun hazırda “beyin ölümü keçirdiyi” barədə ifadəsini də xatırladıb.

Bununla belə, o, NATO-nun parçalanmasının da əleyhinə çıxıb. Almaniya XİN rəhbəri Aİ ölkələrinin beynəlxalq təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etməsinin zəruri olduğunu vurğulayıb: “Qonşumuz Polşa və Baltik ölkələri əmin olmalıdırlar ki, biz onların təhlükəsizliyinə öz təhlükəsizliyimiz kimi yanaşırıq”.

Xatırladaq ki, Avropa Parlamentinin rəhbəri  Antonio Tayani də bu ilin mayında Rumıniyanın Sibiu şəhərində keçirilən Aİ-nin qeyri-rəsmi sammitində Aİ-nin Təhlükəsizlik Şurasının yaradılması, Aİ-nin Xarici Məsələlər və Xarici Siyasət məsələləri üzrə komissarının bu quruma rəhbərlik etməsi təklifi ilə çıxış edib. /APA





Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap