Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Avropa demokratiyasından ədalət tələb edirəm” – Ziyafət Əsgərov

Tarix 08.05.18, 15:57

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistan Azərbaycana qarşı ərazi iddiasını irəli sürür. Dağlıq Qarabağ işğal olunub, ora münaqişəli ərazi deyil. Avropadan olan fiziki və hüquqi şəxslər Dağlıq Qarabağda fəaliyyətlə məşğul olmamalıdırlar”.

“Report”un xəbərinə görə, bu sözləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev deyib.

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, Dağlıq Qarabağ problemi müzakirə edilsə də, nəticəsi olmur: “Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr icra olunmur. Əgər bu icra olunmayacaqdısa, niyə qəbul edirdiniz? Ermənistan belə böyük dövlətdir, ona təzyiq edilmir? Çox maraqlıdır, bu cür yanaşmalar müsəlman dövlətlərinədir, amma Gürcüstan və digər ölkələrin ərazi bütövlüyü ilə bağlı bu cür yanaşma olmur. Bu, artıq ikili standartdır. Avropa demokratiyasından ədalət tələb edirəm. Demokratiyadan danışırlar, amma Dağlıq Qarabağ məsələsinə gəldikdə isə susurlar. Onlar məsələni həll etmək istəmirlər. Açıq deyin bilək ki, niyə həll etmirsiniz? Cavab verin. Bu problem 30 il də davam etməlidirmi? Nə qədər gözləməliyik? 50 il? Məsləhət vermək çox asandır, amma reallığı yaşamaq lazımdır”.



Xəbərin oxunma sayı : 346




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap