Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Avropada terror aktlarının törədilmə ehtimalı yüksəkdir” – ABŞ Dövlət Departamenti

Tarix 17.11.17, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Avropa ölkələrinə səyahətlə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti yazılı açıqlama yayıb.

“ABŞ vətəndaşları Avropaya səyahət edən zaman tətil, festival və digər fəaliyyətlərində diqqətli olmalıdırlar. Bu turizm xəbərdarlığı 2018-ci il yanvarın 31-dək qüvvədə olacaq”, – açıqlamada vurğulanıb.

İnformasiyaya əsasən, bu xəbərdarlıq bayram günlərində, ondan əvvəl və sonra Avropa ölkələrində terror hücumlarının baş verə biləcəyi ehtimalı ilə əlaqədardır: “İŞİD və “əl-Qaidə” terror qruplaşmalarının son zamanlar Fransa, Rusiya, İsveç, İngiltərə, İspaniya və Finlandiyada törətdikləri terrorların oxşarının Avropada yenidən törədiləcəyi ehtimal edilir”.

Açıqlamada ötən ilin sonunda İstanbulda “Reina” gecə klubunda və Almaniyanaın paytaxtı Berlində törədilən terror hücumları xatırladılıb. Dövlət Departamenti ehtimal edilən hücumlarla bağlı narahatlığını vurğulayıb.

Xəbərdarlıqda terrorçuların silah, partlayıcı maddə və avtomobillərdən istifadə edərək, terror törədə biləcəkləri qeyd edilib.

Səyahət edən ABŞ vətəndaşlarına xərəbdarlıq olunub ki, turist məkanları, ibadətxana, otel, restoran, park və əhalinin sıx olduğu yerlərdə terrorun törədiləcəyi ethimalı yüksəkdir.



Xəbərin oxunma sayı : 91




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap