Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Avropadan qaçın” – Baş yəhudi rahib

Tarix 21.08.17, 19:00

Font ölçüsü : - / +
bitmap-img6


“The Independent” qəzetinin yazdığına görə, Barselona şəhərinin baş yəhudi rahibi yəhudiləri İsrailə köçməyə çağırıb. Rahib deyib ki, “Avropa artıq radikal İslama uduzub”.

Meir Bar-Hen öz soydaşlarını İspaniyadan qaçmağa çağırıb və deyib ki, bu ölkə “bütün Avropa üçün islamçı terrorun qovşağına” çevrilib.
Baş rahibin bu çağırışı Barselonada və Kambrils şəhərində 13 nəfərin ölümünə və daha 120 nəfərin xəsarət almasına səbəb olmuş terror aktının dərhal ardınca səslənib.
Hər iki şəhərdə törədilmiş basqına görə məsuliyyəti öz üzərinə İŞİD götürüb. Hakimiyyət orqanları inanır ki, bu basqınları böyük bir terrorçu şəbəkə müəyyən müddət ərzində hazırlayıb.
JTA yəhudi xəbər agentliyinə müsahibəsində cənab Bar-Hen deyib: “Yəhudilər burada daimi sakin deyillər”.
“Mən öz icmama deyirəm: Elə bilməyin ki, biz bura əbədilik gəlmişik. Mən soydaşlarımı İsraildə mülklər almağa çağırıram. Bu yer artıq itirilib. Əlcəzair yəhudilərinin, Venesuela yəhudilərinin səhvlərini təkrar etməyin. Buradan nə qədər tez tərpənsəniz, o qədər yaxşıdır” – deyib baş rahib.
O daha sonra qeyd edib ki, son hücumlar müsəlman icmasının içində “radikal pöhrələnmənin” olduğunu göstərib.
Rahib əlavə edib ki, bu, bütünlükdə Avropanın problemidir.
“Avropa itirilib” – deyib rahib.
Lakin baş rahibin çağırışı İspaniya Yəhudi İcmaları Federasiyasının mövqeyi ilə daban-dabana ziddir.
Bu təşkilat bildirib ki, İspaniya təhlükəsizlik qüvvələrinin radikal İslamdan qaynaqlanan hədələrə qarşı mübarizəsinin uğuruna inanır. /BBC Azərbaycanca



Xəbərin oxunma sayı : 145




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap