Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çavuşoğlu NATO Baş katibinin üzünə “ikiüzlü” dedi:“8 ölkə bizimlə bağlı qərarı haqsızcasına blok etdi“

Tarix 11.10.19, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberqlə  görüşüb.

Strateq.az xəbər verir ki, görüşdən sonra hər iki tərəf jurnalistlərə açıqlama veriblər.

Çavuşoğlu Baş katibə “Barış pınarı” antiterror əməliyyatı barədə məlumat verdiyini deyib: “Bilirsiniz ki, Türkiyə boynuna ağır yük götürüb. “Türkiyənin qanuni narahatlığını başa düşürük” demək yetərli deyil. Bu istiqamətdə NATO-dan açıq və qəti mövqe görmək istəyirik. hamısı terrorçu PKK ilə YPG-nin eyni olduğunu yaxşı bilir. Hamı Türkiyənin narahatlığının haqlı olduğunu söyləyir. Lakin eyni zamanda,  fərqli rəy yaradırlar. Bu, sizin ikiüzlü davranışınızdır. Baxın, NATO müttəfiqlərini qorumaq üçün planlar qəbul edir. Türkiyəni qorumaq planını da təsdiqləyib. Sonra 8 ölkə bunu haqsızcasına blok etdi. Həmin hesabatda terrorçu PKK/YPG də var. PKK ortaq düşmənimiz deyilmi? Biz qətiyyətliyik, hədəfimiz terrorçulardır”.

Baş katib isə cavabda deyib ki, NATO Türkiyəni cənub sərhədlərinin qorunmasını dəstəkləyir: “NATO ilə Türkiyə birlikdə fəaliyyət göstərir. Türkiyə son illərdə hərbi təsisatlara 5 milyon dollardan artıq sərmayə qoyub. Bunların arasında radar və dəniz qüvvələrinin bazaları da var. Bu, NATO ilə birgə fəaliyyətin necəliyinin ifadəsir. NATO üzvlərindən heç biri Türkiyə qədər Orta Şərqdən gələn hücumlara məruz qalmayıb. İŞİD ortaq düşməndir və hələ təhlükəli olaraq qalır. Qazanılanlar təhlükəyə atılmamalıdır. NATO Suriyanın şimalında yer almayıb. YPG məsələsində də NATO-da ortaq bir fikir yoxdur…”.

NATO baş nkatibi Türkiyənin Suriyada ölçülü davranacağına inandıqlarını bir daha təkrarlayıb.




Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap