Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çavuşoğludan Makrona ağır ittiham:“O, terror təşkilatının hamisidir“

Tarix 28.11.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun “Barış bulağı” hərəkatı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

NTV telekanalının verdiyi xəbərə görə, Türkiyə XİN başçısı Fransa Prezidentini terrorizmə dəstək verməkdə ittiham edib.

“Biz terror təşkilatına qarşı mübarizə aparırıq. O, terror təşkilatının hamisidir. Əgər mənim müttəfiqim terror təşkilatıdır deyirsə, ona verəcək cavabımız var. Makron unutmasın ki, Türkiyə NATO-nun müttəfiqidir. Makron belə çıxışlarla Avropanın lideri ola bilməz. Avropada bir boşluq var deyib, mən liderim olum deyə çabalayır. Liderlik təbiidir”, – deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti E. Makron NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərəkatı barədə danışıb. O qeyd edib ki, təhlükəsizliklə bağlı müəyyən qayğıları olan Türkiyə çox sayda terror hücumlarına məruz qalıb. Fransa Prezidenti əlavə edib ki, lakin bununla belə, Türkiyə İŞİD-ə qarşı koalisiyaya təhdid yaradan hərbi əməliyyatlar aparıb, birlik və dəstək gözləyə bilməz/APA.




Xəbərin oxunma sayı : 256




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap