|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Çavuşoğlundan Makrona və Fransaya sərt sözlər - “Sizə həddinizi bildirməyə davam edəcəyik”
Tarix 13.04.19, 12:47 |
|
“Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli davranması bir tərəfə, heç neytral da ola bilməz”
Gözlənildiyi kimi, Fransa prezidenti Emmanuel Makron ölkə ərazisində 24 aprel tarixinin qondarma “erməni soyqırımı”nı anım günü elan olunması barədə fərman imzaladı. Fərman artıq Fransanın rəsmi qanunvericilik portalında dərc olunub.
“Hər il Fransada 24 aprel tarixi ”erməni soyqırımı” qurbanlarının milli anım günü kimi qeyd olunacaq”, - deyə fərmanda bildirilir.
Beləliklə, bundan sonra saxta “erməni soyqırımı” ilə bağlı tədbirlər Parisdə rəsmi qaydada keçiriləcək.
Xatırladaq ki, 2001-ci ildə Fransa qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyıb. O zaman Parisin qərarı Türkiyə tərəfindən çox sərt qarşılandı, əlaqələr xeyli zəiflədi, Fransa mallarını boykotdan tutmuş, diplomatik münasibətlərin səngiməsinə qədər bir sıra olaylar müşahidə olundu. Lakin sonrakı dönəmlərdə münasibətlər öz axarına düşməyə başladı. E.Makron isə öz gəlişi ilə yenidən ermənilər qucaq açdı. Keçən il o, İrəvandakı tədbirə qatılarkən də Ermənistana və ermənilərə sevgisini izhar etmişdi. Düzdür, bundan əvvəlki rəhbərlik də Ermənistanı Fransanın “bacısı” olaraq qiymətləndirmişdi, lakin hər halda, Makronsayağı davranmamışdı.
Beləliklə, özünü demokratik, beynəlxalq hüququn aliliyini qoruyan dövlətlərdən sayan, Avropa Birliyinin aparıcı üzvlərindən olan Fransa növbəti ədalətsizliyə imzasını atdı. Hansı ki, yaxın keçmişimizdə, 27 il bundan qabaq Ermənistan ordusu öz havadarları ilə birlikdə Xocalı soyqırımını törədiblər, Fransa isə hələ ki bu dəhşətli soyqırım barədə qərarını verməyib. Lakin bunun əvəzində Paris 1915-ci ildə baş verməyən hadisələrə görə davamlı addımlar atır. Təbii ki, qardaş ölkənin buna cavabı sərt olacaq.
Türkiyənin Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun 24 apreli “qondarma erməni soyqırımının” qurbanlarının xatirə günü elan etməsi qərarını tənqid edib. Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir. “Fransanın Türkiyəyə dair dostluq prinsiplərindən uzaq mövqeyi Türkiyə-Fransa əlaqələrinə mənfi təsir göstərəcək”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir. Bəyanatda həmçinin bildirilir ki, Emmanuel Makronun qərarı Fransada yaşayan 700 mindən çox etnik türkün hüquqlarını pozur.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da Makronun qərarına reaksiya verib. Nazir şəxsi tvitter səhifəsində yazıb ki, Fransa prezidenti Makronun “24 aprel” sərəncamı Avropa İnsan Haqları Məhkəməsi və Fransanın Konstitusiya Məhkəməsinin qərarlarını açıq şəkildə pozur. Makron seçki kampaniyasında ermənilərə verdiyi vədləri yerinə yetirməyə cəhd göstərərək yenə populizmi körükləyir. Əvvəl öz qaranlıq tarixinə nəzər salsın. Ruanda soyqırımının üzərindən 25 il keçib. Xarici işlər Naziri Çavuşoğlu Türkiyə-Hollandiya (Wittenburg) 7-ci Konfransından sonra Amsterdamda hollandiyalı həmkarı Stef Blok ilə keçirilən birgə mətbuat konfransında isə deyib ki, bu qərarın bizim üçün heç bir etibarlılığı yoxdur. Bu məsələdə biz də lazımi tədbirləri onsuz da alacağıq. Bununla bağlı Ankarada bəzi cəhdləri başladıq. Bu cür siyasi qərarlar almağın tarixi təhrif etməyin siyasətçilərə yaraşmadığını vurğulayan Çavuşoğlu “Siyasətçilərin bu məsələlərdə qərar qəbul etməsi düzgün deyil. Xüsusilə Fransanın bu məsələdə qərar alması hər baxımdan tragikomikdir. Fransanın öz tarixinə baxması lazımdır” deyə bildirib.
M.Çavuşoğlu NATO tribunasından da Makronun siyasətini darmadağın edib.
“Fransa kimi ölkələr bir şeyə öyrənib. Həmişə ağalıq edəcəklər, həmişə başqa ölkələri tənqid edəcəklər, alçaldaçaqlar. Türkiyə və ya başqa ölkə tərəfindən tənqid olunanda isə şok olacaqlar”-Çavuşoğlu bəyan edib.
NATO Parlament Assambleyasının seminarında çıxışı zamanı XİN rəhbəri daha sonra bildirib: “Beynəlxalq hüquqla bağlı Türkiyəyə dərs verməyə çalışırsınız. Burada mənim dediklərimə belə dözə bilmirsiniz. Makronun aldığı qərar Fransa Konstitusiya Məhkəməsinin qərarı ilə təzad təşkil etmir? Avropa İnsan Haqları Məhkəməsinin qərarlarıyla təzad təşkil edir? Hər ikisi ilə də təzadlıdır.
Keçmişdə baş vermiş bir hadisəni soyqırım kimi tanımaq siyasətçilərin vəzifəsidir? BMT qərarlarını oxudunuz? Siz siyasilər tarixlə bağlı hadisələr haqqında qərar verməyi özünüz üçün haqq olaraq görürsünüz. Hansı məlumatla bu barədə qəti qərar verirsiniz? Bunun səbəbi populizmdir, sizin prezidentiniz də populizmə məğlub olmuşdur. Soyqırım barədə Türkiyəyə dərs verəcək son ölkə Fransadır. Fransa əvvəlcə öz tarixinə baxsın, dərs verməyə çalışmasın. Əlcəzairdə, Ruandada, Afrika ölkələrində Fransanın törətdiyi soyqrımları unutmadıq. Siz özünüzü üstün görməyə davam edin, ancaq sizə həddinizi bildirməyə davam edəcəyik”.
Qeyd edək ki, Çavuşoğlu bu fikirləri fransalı parlamentari Sonia Kriminin “qondarma erməni soyqırımı” barədə sualını cavablandırarkən söyləyib.
Bəs, Azərbaycan indiki situasiyada hansı addımları atmaq niyyətindədir? Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyib. Bəzi müşahidəçilər hesab edir ki, ATƏT-in Minsk Qrupunun üzvlərindən biri olan Fransanın açıq-aydın ermənipərəst mövqe tutması Parisin Qarabağ məsələsində də ədalətsiz davranacağına şübhə yeri qoymur, ötən illərdə bunun dəfələrlə şahidi olmuşuq. Belə olan təqdirdə Fransanın həmsədrliyindən imtina məsələsinin də gündəmə gələ biləcəyi ehtimal olunur.
Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Fransa arasında münasibətlər neçə illərdir ürəkaçan deyil: “Fransanı idarə edənlər öz böyük mədəniyyətlərindən imtina edərək erməni vəhşiliyinin təbliğatçısına çevrildiklərinə görə, bir azdan bu ölkənin “İkinci Ermənistan” adlanmasına qətiyyən təəccüblənməyəcəksiniz. Açıq-aşkar türk düşmənçiliyi kursunu götürüblər və ermənilərin himayəçiliyini də bütün mövqelərdə açıqca ortaya qoyurlar. Təbii ki, Türkiyə də bir dövlət olaraq buna qarşı öz dirənişini, sərt etirazını ortaya qoyur və qoymalıdır. Lakin Türkiyəyə qarşı bu istiqamətdə bir xaçlı yürüşü olduğunu nəzərə alaraq, Malazgird zəfərində olduğu kimi Alparslan taktikasından istifadə etmək lazımdır. Bu günün diplomatiya dili ilə Türkiyənin hər platformada bu ölkələrə cavab verməsi vacibdir”.
F.Mustafa hesab edir ki, Azərbaycan Türkiyənin bu mövzuda hər bir addımını dəstəkləməlidir: “Çünki saxta soyqırım ittihamının bir ucu da bizə gəlib çatır. Həmsədr ölkə kimi Fransanın biabırçı mövqeyi onsuz da tərəfimizdən tənqid olunur, ancaq bu soyqırım günü məsələsi ilə özlərini daha da ifşa etdilər”.
İmtina məsələsinə gəldikdə, deputat bildirdi ki, bu, real deyil: “Çünki beynəlxalq güclər həmsədrlərin üçünü də məhz Ermənistanı müdafiə etmək üçün oraya yerləşdiriblər”.
Deputat, Azərbaycan parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva isə bildirib ki, bu çox ciddi məsələdir: “Fransa bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldı. Qondarma soyqırım haqda qərar qəbul edib, heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli davranması bir tərəfə, heç neytral da ola bilməz”.
Q.Paşayeva sosial şəbəkələrdə təcrübəli olan insanlara çağırış edərək etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırmağa çağırıb: “Bu, çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, Fransada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir”.
Q.Paşayeva etiraz məktubunu fransız dilində də yayıb(musavat.com).
Xəbərin oxunma sayı : 907
Dünya
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV