Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

“AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi“ - Arif Hacılı

Tarix 19.05.20, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


"Milli Şura Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi".

AzFakt.com xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı özünün sosial şəbəkə hesabında yazıb. 

O, bildirib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı.

"Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür.

Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz.

Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram.

İnanmaq istəyirəm ki, onların, xüsusilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq.

Burada iki məsələyə münasibət bildirim.

1. Bəzi dostlar 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənli üçün çalışdıqlarına görə peşman olduqlarını yazırlar.

Bu düzgün deyil. Biz o zaman Cəmil Həsənlinin namizədliyini onun şəxsiyyətinə, xidmətlərinə görə yox, cəmiyyətin maraqları naminə müdafiə etmişik.

O seçkidə müxalifətin vahid namizədinin olması vacib idi.

AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi, ona görə də partiya maraqlarını, cəmiyyətin maraqlarına qurban verdik.

Bu düzgün qərar idi.

Biz Cəmil Həsənli üçün yox, Azərbaycan üçün çalışmışıq.

2. Dəfələrlə və aydın izah etsək də zaman-zaman bizdən Milli Şuradan niyə çıxdığımızı soruşurdular.
Bu qurumu təsis edən əksər təşkilatların hələ Müsavatdan əvvəl Milli Şuradan çıxması, fəxri sədrin Krımı Rusiya torpağı adlandırması, Ramiz Mehdiyev və Əli Həsənov məni müxalifət kimi təqdim etmişdi, deməsi, bu qurumun bəzi rəhbər şəxslərinin fərqli ideologiyalara xidmət edən təşkilatlarda təmsil olunması bu sualı bizə ünvanlayanları cavab kimi qane etmirdi.

Bu suala daha aydın cavab Milli Şuranın toplantısından, bizə təkrar-təkrar, "Müsavatsız Milli Şura susuz dəyirman kimidir"- deyən Milli Şura sədrinin özündən gəldi".



Xəbərin oxunma sayı : 733

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda