![]() |
|














“AXCP və Müsavat layiqli namizəd irəli sürmək iqtidarında deyillər“ - Siyavuş Novruzov
Tarix 02.12.19, 13:42 |
|
426.jpg)
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov "Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübə və radikal müxalifətin antimilli mövqeyi" adlı məqalə yazıb.
AzFakt.com həmin məqaləni təqdim edir:
"Dayanıqlı inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatlatın həyata keçirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardıcıl reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir, daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan verir. Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında belə bir qənaət ifadə olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır. Eyni zamanda, Azərbaycanın parlamentinin də müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər.
Əfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət öz ampluasına sadiq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməyə çalışır. Məqsəd cəmiyyətdə ictimai rəyi yanıltmaq, islahatlar konsepsiyasının üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaqdır. Halbuki parlament islahatları milli maraqlara, yeni dövrün çağırışlarına adekvat olmaqla yanaşı, milli qanunvericiliyə, Azərbaycan Konstitusiyasına tam uyğundur. 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi-referendum vasitəsilə Konstitusiyada edilmiş əlavə və dəyişikliklərdə ölkə Prezidentinin parlamenti müəyyən şərtlər daxilində buraxmaq səlahiyyətləri təsbit edilib.
Parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təcrübəsi müxtəlif demokratik ölkələrin timsalında tez-tez müşahidə edilən haldır
Bununla yanaşı, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi müxtəlif demokratik ölkələrin timsalında beynəlxalq təcrübədə tez-tez rast gəlinən haldır. Bu kontekstdə bir sıra Avropa ölkələrinin son zamanlar müşahidə olunan təcrübəsinə nəzər yetirmək məqsədə müvafiq olar.
Cari ilin noyabr ayında Böyük Britaniyada növbədənkənar seçkilərin keçirilməsi qərarı çərçivəsində parlament buraxılıb. Baş nazir Boris Conson növbədənkənar seçkilərin keçirilməsi səbəbi ilə kraliça II Elizabetə müraciət edib. Bundan başqa, bu ilin yanvar ayında koalisiya höküməti qurulmuş Xorvatiyada hökumətdə təmsil olunan partiyaların münasibətlərində yaranmış yeni situasiyanın nəticəsi olaraq parlamentin buraxılması qərarı verilib. Bu qərar həm ölkə prezidenti, həm də parlament nümayəndələrinin əksəriyyəti tərəfindən təsdiq edilib. 2019-cu ildə Ukraynada da analoji proseslərə şahidlik etdik. Bu ölkənin prezidenti Vladimir Zelenski Ali Radanın səlahiyyətlərinə xitam verən qərar imzaladı və növbədənkənar parlament seçkiləri təyin olundu.
İtaliyada isə 2012-ci ilin dekabr ayında baş nazir Mario Montinin istefasından sonra ölkə prezidenti Giorgio Napolitano parlamentin buraxılması qərarını vermişdi. 2016-cı ildə Makedoniyada qanunvericilik orqanının 114 nümayəndəsinin səsverməsi nəticəsində parlamentin buraxılması qərarı verilmişdi. Bolqaristanda isə 2017-ci ilin mart ayında prezident Rumen Radevin qərarı ilə parlament buraxılmış və növbədənkənar parlament seçkiləri təyin olunmuşdu. Daha bir nümunə İspaniya ilə bağlıdır. Bu ölkənin baş naziri Pedro Sançes parlamentin hər iki palatasının buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb. Bu təcrübəni Yunanistana da aid etmək mümkündür. Prezident Prokopis Pavlopulosun parlamenti buraxıb növbədənkənar seçkilər təyin etmək barədə Aleksis Tsiprasın təklifini qəbul etməsi faktdır. Moldovada isə prezident vəzifəsini icra edən Pavel Filip parlamenti buraxmış, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar fərman imzalamışdı.
Ümumiyyətlə, dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi hüquqi xarakterli deyil, siyasi hadisələrlə əlaqədar olur. Yuxarıdakı faktların timsalında bir sıra nümunələrə nəzər yetirək. İspaniyada parlamentin cari il üçün Nazirlər Kabinetinin təklif etdiyi büdcə layihəsini dəstəkləməməsi səbəbindən bu ölkənin baş naziri Pedro Sançes növbədənkənar seçkilərin keçirilməsini elan etməyi qərara almışdı. Eyni zamanda, Ukraynada dövlət başçısı Vladimir Zelenski parlamentin xalqın istəyi əsasında mövcud çağırışlara cavab vermədiyini və son 3 ildə koalisiyanın formalaşdırıla bilmədiyini bəyan edərək növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını vermişdi. Böyük Britaniyada isə hökumət parlamentin Breksit məsələsində razılığa gələ bilməməsi səbəbindən növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürmüşdü. Ana Müxalifət İşçi Partiyası da bu qərarı dəstəkləmişdi.
Radikal müxalifət ənənəvi ampluasında...
Əlbəttə, bu cür nümunələrin sayını istənilən qədər artırmaq olar. Amma təkcə bu faktlardan da görünür ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur. Radikal müxalifətin bu məsələni spekulyasiya vasitəsinə çevirmək cəhdləri isə dağıdıcı düşərgənin müasir demokratik dəyərlərdən, qabaqcıl dünya təcrübəsindən xəbərsiz olduğunu, eyni zamanda, qərəzli niyyət və antimilli mövqe ortaya qoyduğunu göstərir.
Radikal müxalifət partiyalarının ucuz bəhanələri onların seçkilərdə uğur qazanmaq üçün yetərli resurs və potensiala malik olmamaları ilə əlaqədardır
Ümumiyyətlə, siyası partiyanın funksiyası seçkilərdə iştirak etmək, elektoratın istəyi və maraqları əsasında aktiv fəaliyyət göstərməkdir. Azərbaycanda 50-dən artıq siyasi partiya mövcuddur. Onların böyük əksəriyyəti-təxminən 90 faizi parlament seçkilərində iştirak etməklə bağlı bəyanat verib. Bu məsələ ilə əlaqədar mövqeyini ortaya qoymayan siyasi partiyalar isə xarici qüvvələrin, anti-Azərbaycan dairələrin maliyyəsi və direktivləri əsasında hərəkət edənlərdir. Ona görə də həmin partiyalar bağlı olduqları xarici dairələrdən müvafiq tapşırıqlar almadıqlarından seçkilərdə iştirak edib-etməməklə bağlı konkret münasibət ortaya qoymayıblar.
Digər tərəfdən, ``Milli şura``da yer alanların, AXCP, Müsavat kimi partiyaların parlament seçkilərində uğur qazanmaq üçün yetərli potensial və resursları mövcud deyil. Hətta həmin siyasi partiyalar ölkə üzrə seçki dairələrinin yarısında belə layiqli namizəd irəli sürmək iqtidarında deyillər. Buna görə də onlar müxtəlif bəhanələr irəli sürməklə seçkilərin üzərinə kölgə salmağa çalışırlar. Amma bu cür vasitələrlə ictimai rəyi manpulyasiyaya məruz qoymaq, xalqın öz iradəsini ifadə etməsinə, ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil!
Xəbərin oxunma sayı : 466
Siyasət
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV