![]() |
|














“Ay alan, saxta yağ satıram...” - Monopolistlər keyfiyyətsiz yağı ölkəyə necə gətirirlər?
Tarix 19.10.21, 22:59 |
|

Assosiasiya rəhbəri: “Xarici istehsalçı məhsulun üzərinə tərkibinə dair yalan məlumat vura bilməz”
Bu ilin əvvəlindən Azərbaycanda sürətlənən qiymət bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatından aydın olur ki, ölkədə ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 faiz bahalaşıb. Cari ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarında bahalaşma əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən isə 10,4 faiz təşkil edib.
Qiyməti bahalaşan ərzaqların içində kərə yağı da var. Ölkədə kərə yağının qiymətləri müxtəlifdir və 14-20 manat arasında dəyişir. Lakin ekspertlər deyir ki, qiymətlərin bahalaşması ilə yanaşı, yağın keyfiyyəti də narahatlıq doğurur. Onlar iddia edir ki, istehsalçı olan ölkədə kərə yağı Azərbaycandan daha baha satılır, bu isə ölkəmizdə eyni adla satılan məhsulun saxta olmasından xəbər verir. Bununla yanaşı, Azərbaycanda satılan bəzi marka yağların adı istehsalçıların saytında və hətta İnternetdə belə tapılmır. Bəzi markalarda isə 82,5 faiz yağlılığın olması bəyan olunsa da, istehsalçıların saytında bu məhsulun yağlılığı 72 faiz kimi göstərilir. Ekspertlərin fikrincə, kərə yağların keyfiyyətinə demək olar ki, heç bir qurum nəzarət etmir, istehlakçılarının kütləvi aldadılması baş verir. O da iddia olunur ki, kərə yağları həm Bakıda saxtalaşdırılır, həm də ölkəyə digər yerlərdən kərə yağı adı altında gətirilir.
Qeyd edək ki, ərzaq qiymətləri yalnız Azərbaycanda deyil, bütün dünyada bahalaşmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən sentyabr ayı ərzində Qlobal Ərzaq Qiyməti İndeksi orta hesabla 130.0 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 1.2 faiz (1.5 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 32.8 faiz (32.1 bənd) çoxdur. Bu zaman kərə yağı da daxil olmaqla, süd məhsullarının qiymət indeksi sentyabr ayında orta hesabla 117.9 bənd təşkil etməklə, avqust ayı ilə müqayisədə 1.5 faiz (1.7 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 15.2 faiz (15.6 bənd) çox olub.
Azərbaycanda kərə yağı ilə təminat həm yerli istehsal, həm də idxal hesabına təmin olunur. Rəsmi ərzaq balansından aydın olur ki, kərə yağı idxalı 2018-ci ildəki 9,7 tondan 2020-ci ildə 15 min 39 tona çatıb. Yerli istehsal isə 23 638 tondan 24 622 tona qədər artıb. 2020-ci ildən 2021-ci ilə ölkəmiz 2519 ton kərə yağı ehtiyatı ilə keçib. Ötən il Azərbaycanın kərə yağı ilə özünütəminat səviyyəsi 62,7 faiz təşkil edib.
Bu ilin yanvar-avqust aylarında ölkədə 16 898,9 ton kərə yağı istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Sentyabrın 1-nə anbarlarda 52,3 ton yağ ehtiyatı olub. Bu dövrdə Azərbaycana 46 milyon 706,46 min dollarlıq 9 239,56 ton kərə yağı idxal edilib. Bu dövrdə Ukraynadan 10 milyon 114,7 min dollar dəyərində 1 986,33 ton, Belarusdan 5 milyon 648,47 min dollar dəyərində 1093,18 ton, Finlandiyadan 2 milyon 721,33 min dollar dəyərində 480,33 ton, Fransadan 1 milyon 725 min dollar dəyərində 288,22 ton, Polşadan 1 milyon 564,44 min dollar dəyərində 322,26 ton, Yeni Zelandiyadan 21 milyon 670,98 min dollar dəyərində 4 416,23 ton kərə yağı idxal etmişik. Bundan əlavə, Almaniya, Belçika, İtaliya, Latviya, Litva, Rusiya və digər ölkələrdən də kərə yağı almışıq.
Rəsmi statistikadan da göründüyü kimi, 8 ayda ölkəyə kərə yağının orta idxal qiyməti 5 dollar, yaxud 8,5 manat təşkil edib. Halbuki pərakəndə satışda minimum qiymətlər 13 manatdan başlayır. Qiymətlərin belə bahalığı bir tərəfdən əhalinin ondan istifadəsini azaldır. Baha qiymətə kərə yağı ala bilməyən əhali məcburən maye yağlara, yaxud spred və marqarinlərə üz tutur. Bunu rəsmi statistikadan da görmək olur. Belə ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb, 2020-ci ilədək cüzi artaraq 3,6 kiloqram təşkil edib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına əsasən, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfə az istehlak edir.
Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq "Codex" standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda -yağ emulsiya tipli formaya malik yağ məhsuludur.
Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı – 80 faiz m/m, maksimum su miqdarı – 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı – 2 faiz m/m olmalıdır.
Standarta görə, markalanma zamanı məhsulun adı "Kərə yağı" kimi qeyd edilməlidir. "Kərə yağı" adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.
Məlumdur ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhluluyla isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.
Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 -mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər.
Təəssüf ki, pərakəndə ticarət şəbəkələrində bir sıra hallarda yağ bu tələblərə əməl olunmadan saxlanılır ki, bu da məhsulun keyfiyyət göstəricilərinin kəskin pisləşməsinə gətirib çıxarır.
Konqoda yol qəzası nəticəsində 50 nəfər həlak olub 22:06Həkimlər Mixeil Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə edib 20:56Bakıda ana azyaşlı uşağını dayəyə verib yoxa çıxdı 20:18Mingəçevirdə 12 yaşlı oğlanı it dişləyib 19:29Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib 19:06Mingəçevirdə 25 yaşlı qadın kəsici vasitə ilə özünə qəsd etdi 18:23Azərbaycanda 9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib 17:41Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub 17:06Çavuşoğlu: "Vətən müharibəsi dövründə Azərbaycanın yanında qətiyyətlə dayandıq" 16:16Super qrip sürətlə yayılır 16:04
“Ay alan, saxta yağ satıram...” - Monopolistlər keyfiyyətsiz yağı ölkəyə necə gətirirlər?
21:31 19.10.2021
FacebookTwitterWhatsAppTelegramMore
Assosiasiya rəhbəri: “Xarici istehsalçı məhsulun üzərinə tərkibinə dair yalan məlumat vura bilməz”
Bu ilin əvvəlindən Azərbaycanda sürətlənən qiymət bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatından aydın olur ki, ölkədə ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınır. Belə ki, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 6 faiz bahalaşıb. Cari ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarında bahalaşma əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən isə 10,4 faiz təşkil edib.
Qiyməti bahalaşan ərzaqların içində kərə yağı da var. Ölkədə kərə yağının qiymətləri müxtəlifdir və 14-20 manat arasında dəyişir. Lakin ekspertlər deyir ki, qiymətlərin bahalaşması ilə yanaşı, yağın keyfiyyəti də narahatlıq doğurur. Onlar iddia edir ki, istehsalçı olan ölkədə kərə yağı Azərbaycandan daha baha satılır, bu isə ölkəmizdə eyni adla satılan məhsulun saxta olmasından xəbər verir. Bununla yanaşı, Azərbaycanda satılan bəzi marka yağların adı istehsalçıların saytında və hətta İnternetdə belə tapılmır. Bəzi markalarda isə 82,5 faiz yağlılığın olması bəyan olunsa da, istehsalçıların saytında bu məhsulun yağlılığı 72 faiz kimi göstərilir. Ekspertlərin fikrincə, kərə yağların keyfiyyətinə demək olar ki, heç bir qurum nəzarət etmir, istehlakçılarının kütləvi aldadılması baş verir. O da iddia olunur ki, kərə yağları həm Bakıda saxtalaşdırılır, həm də ölkəyə digər yerlərdən kərə yağı adı altında gətirilir.
Qeyd edək ki, ərzaq qiymətləri yalnız Azərbaycanda deyil, bütün dünyada bahalaşmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) məlumatına əsasən sentyabr ayı ərzində Qlobal Ərzaq Qiyməti İndeksi orta hesabla 130.0 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 1.2 faiz (1.5 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 32.8 faiz (32.1 bənd) çoxdur. Bu zaman kərə yağı da daxil olmaqla, süd məhsullarının qiymət indeksi sentyabr ayında orta hesabla 117.9 bənd təşkil etməklə, avqust ayı ilə müqayisədə 1.5 faiz (1.7 bənd), ötən ilin sentyabr ayı ilə müqayisədə isə 15.2 faiz (15.6 bənd) çox olub.
Azərbaycanda kərə yağı ilə təminat həm yerli istehsal, həm də idxal hesabına təmin olunur. Rəsmi ərzaq balansından aydın olur ki, kərə yağı idxalı 2018-ci ildəki 9,7 tondan 2020-ci ildə 15 min 39 tona çatıb. Yerli istehsal isə 23 638 tondan 24 622 tona qədər artıb. 2020-ci ildən 2021-ci ilə ölkəmiz 2519 ton kərə yağı ehtiyatı ilə keçib. Ötən il Azərbaycanın kərə yağı ilə özünütəminat səviyyəsi 62,7 faiz təşkil edib.
Bu ilin yanvar-avqust aylarında ölkədə 16 898,9 ton kərə yağı istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Sentyabrın 1-nə anbarlarda 52,3 ton yağ ehtiyatı olub. Bu dövrdə Azərbaycana 46 milyon 706,46 min dollarlıq 9 239,56 ton kərə yağı idxal edilib. Bu dövrdə Ukraynadan 10 milyon 114,7 min dollar dəyərində 1 986,33 ton, Belarusdan 5 milyon 648,47 min dollar dəyərində 1093,18 ton, Finlandiyadan 2 milyon 721,33 min dollar dəyərində 480,33 ton, Fransadan 1 milyon 725 min dollar dəyərində 288,22 ton, Polşadan 1 milyon 564,44 min dollar dəyərində 322,26 ton, Yeni Zelandiyadan 21 milyon 670,98 min dollar dəyərində 4 416,23 ton kərə yağı idxal etmişik. Bundan əlavə, Almaniya, Belçika, İtaliya, Latviya, Litva, Rusiya və digər ölkələrdən də kərə yağı almışıq.
Rəsmi statistikadan da göründüyü kimi, 8 ayda ölkəyə kərə yağının orta idxal qiyməti 5 dollar, yaxud 8,5 manat təşkil edib. Halbuki pərakəndə satışda minimum qiymətlər 13 manatdan başlayır. Qiymətlərin belə bahalığı bir tərəfdən əhalinin ondan istifadəsini azaldır. Baha qiymətə kərə yağı ala bilməyən əhali məcburən maye yağlara, yaxud spred və marqarinlərə üz tutur. Bunu rəsmi statistikadan da görmək olur. Belə ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb, 2020-ci ilədək cüzi artaraq 3,6 kiloqram təşkil edib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına əsasən, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfə az istehlak edir.
Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq "Codex" standartı əsasında hazırlanıb və tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Standarta əsasən, kərə yağı xüsusi olaraq süddən alınmış və ya süd məhsullarından hazırlanmış, əsasən suda -yağ emulsiya tipli formaya malik yağ məhsuludur.
Onun hazırlanmasında əsas xammal süd və ya süddən alınmış məhsullar olmalıdır. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Tərkibində minimum süd yağının miqdarı – 80 faiz m/m, maksimum su miqdarı – 16 faiz m/m, maksimum qeyri-yağ tərkibli südün quru maddəsinin miqdarı – 2 faiz m/m olmalıdır.
Standarta görə, markalanma zamanı məhsulun adı "Kərə yağı" kimi qeyd edilməlidir. "Kərə yağı" adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.
Məlumdur ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var. Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhluluyla isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtorefrijeratorlarda 4-5ºC-də daşınmalıdır. Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.
Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar. Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq 9 və 6 aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 8 -mənfi 3ºC temperaturda 1 ilə qədər saxlanıla bilər.
Təəssüf ki, pərakəndə ticarət şəbəkələrində bir sıra hallarda yağ bu tələblərə əməl olunmadan saxlanılır ki, bu da məhsulun keyfiyyət göstəricilərinin kəskin pisləşməsinə gətirib çıxarır.
Azərbaycan Südçülər Assosiasiyasının sədri Samir Eyyubovun Musavat.com-a dediyinə görə, istehlakçıların aldadılması ehtimalı yağın açıq satışı zamanı qat-qat yüksək olur: “Keyfiyyət məsələsinə fərqli baxmaq lazımdır. Əsl kərə yağı spred və digərlərindən çox fərqlənir. Kərə yağının istehsalı zamanı onun qablaşdırılmasının üstünə tərkibinə dair dəqiq məlumatlar qeyd olunur. Yağın tərkibini düzgün qeyd etməməyə görə qanunvericiliklə ciddi cəzalar nəzərdə tutulur və istehsalçıların buna getməsi çətindir. İstehsal olunan hər yağ partiyasından Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri götürərək yoxlamalıdılar. Əgər tərkibdə hər hansı kənaraçıxma olarsa, bu, həmin yoxlamada aşkarlanır. Eyni zamanda agentliyin birbaşa pərakəndə satışda olan yağlardan nümunə götürərək yoxlamaq səlahiyyəti var. Buna görə də qablaşdırılmış yağlarda kənaraçıxmaların olması çox az ehtimallıdır. Əsas problemlər açıq satılan yağlardadır. Belə yağların keyfiyyəti barədə alıcılar yalnız satıcının sözlərinə güvənməli olurlar, çünki məhsulun tərkibini müəyyən etmək üçün hər hansı başqa mənbə olmur. Hesab edirəm ki, istehlakçıları açıq yağları almaqdan çəkindirmək üçün ciddi maarifləndirməyə ehtiyac var. Rusiyada təmiz məhsullarla qarışıqların satıldığı piştaxtaları ayırıblar. Bizdə də bu praktikanın tətbiqi yaxşı olardı”.
Assosiasiya sədri xaricdən saxta məlumatlarla yağ idxalını ehtimal etmir: “Bilirsiniz, ola bilər ki, idxalçı daxildə qiymətlərin yüksəldiyini, əhalinin baha qiymətə məhsul almaa imkanlarının azaldığını görüb xaricdəki parnyoruna məsələn, 82 faiz əvəzinə 60 faiz li yağ hazırlamağı xahiş edir. Bu zaman xaricdəki istehsalçı, hansı ki, yalnız Azərbaycana deyil, çoxlu sayda ölkəyə məhsul satır və reputasiyasını qorumağa ciddi önəm verir, sifariş olunan tərkibdə yağı istehsal edir, amma qablaşmanın üzərinə onun tərkibini dəqiq qeyd edir. Əks halda, öz ölkəsinin müvafiq qurumları saxtakarlığı aşkarlayaraq onu ciddi cəzalandıra bilərlər. Buna görə də saxta markalanmış yağın idxal olunması çox çətin məsələdir. Ölkəyə gətirildikdən sonra yağa nələrinsə qatılması ehtimalına gəlincə, buna görə Azərbaycan qanunvericiliyi cəzalar nəzərdə tutur. Dövlətin müvafiq qurumları var ki, belə qanunsuz fəaliyyətlərin olmaması üçün nəzarət tədbirləri həyata keçirirlər”.
S.Eyyubovun fikrincə, Azərbaycan istehlakçısı mütləq aldığı yağın tərkibinə dair məlumatların onun üzərində əks olunub-olunmamasına diqqət yetirməlidir: “Hər bir istehlakçı öz sağlamlığının qeydinə qalırsa, mütləq aldığı yalnız kərə yağının deyil, bütün məhsulların tərkibinə dair məlumatla tanış olmalıdır. Belə məlumat olmayan məhsulu isə almamalıdır”.
Musavat.com
Xəbərin oxunma sayı : 838
İqtisadiyyat
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV