Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ay bisavadlar, siz axı hardan biləsız ki…” – Mübariz Mənsimov

Tarix 19.06.19, 23:32

Font ölçüsü : - / +
bitmap-img6


“Quru yük və tanker gəmilərini ayıra bilməyən, amma oğurluq pulla sifariş verib yazı yazdıran bisavadlara buradan müraciət edirəm. Yorulmadınız mənim haqqımda səviyyəsiz xəbərlər yazdırmağa? Siz o yazılarla məni ləkələyə biləcəyinizi düşünürsüz? Məndən “xalq düşməni” düzəltməyə çalışırsınız? Kimdir Azərbaycan xalqının dəyərlərinə hörmət etməyən?! Bunu heç olmasa, siz deməyin”.

AzFakt.com xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov bəzi saytlarda onun köhnə gəmini rənglədərək ona “Məhəmməd Əmin Rəsulzadə” adını verməsində ittiham olunmasına cavab verərkən deyib.

M. Məsimov bildirib ki, bütün Avropa ona qarşı bu tiplu xəbər yayanların sərvətindən, ciblərinə axan neft pullarını limitsiz xərcləməyindən danışır: “Dəyərdən danışan dəyərsizlər! Əsl dələduz sizsiniz. Sizin kim olduğunuzu xalq yaxşı bilir. 

Gəmiyə gəldikdə, bəli, “Məhəmməd Əmin Rəsulzadə” bizim donanmanın yeni gəmisidir. 2019-cu ilin standartlarına uyğun reniveyşn edilmiş loyd tərəfindən təsdiqlənmiş və həyəcanla səfərə cıxmasını gözlədiyimiz gəmidir. 

Bu gəmi tankerdən quru yük gəmisinə cevrilmiş və yük gəmisi olaraq dünya sularında üzəcək. Ay bisavadlar, siz axı hardan biləsız ki, tanker nədir, quru yük gəmisi nədir. 

Bir də ki, gəminin texniki baxımdan, yeni və ya köhnə olmasının adın əbədiləşdirilməsinə nə aidiyyatı var? Axmaqlar, lap elə 21 illik gəminin adını dəyişərək, “Məhəmməd Əmin Rəsulzadə” qoymuşamsa, burada nə var? Siz Rəsulzadə adının əbədiləşdirilməsi ilə bağlı nə etmisiniz bu günə qədər? 

Həm də ki, adı “qara siyahı”da olan bir gəmi dünya sularına necə buraxıla bilər?! Gəmidə son boyama işləri görülür və yola cıxmaq üzrədir. Biz Palmali olaraq millətimin baş tacı olan hər bir azərbaycanlının adını əbədiləşdirməyə davam edəcəyik. 

Necə ki, Heydər Əliyev, Mir Cəlal Paşayev, Mübariz İbrahimov adları dünya sularında yaşayır, Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adları verilmiş gəmilər də eyni şəkildə fəaliyyət göstərəcəklər”.

Qeyd edək ki, “Mənsimov Rəsulzadənin adını qara siyahıda olan 21 illik köhnə gəmiyə verib — RƏZALƏT” adlı yazıda qeyd olunur ki, Mübariz Mənsimov ötən ay açıqlamasında “Yeni inşa edəcəyimiz gəmilərə Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin adlarını verəcəyik” desə də, daha sonra 21 yaşlı və neft qaçaqmalçılığında istifadə edilən bir gəmisinin adını dəyişdirib Rəsulzadənin adını verməsi ilə özünü ifşa edib: “Həmin gəmi bir çox ölkələrin qara siyahısındadır və sabah o gəmi hansısa ölkə sularında saxlanıldıqda Mənsimov hay-həşir qoparacaq ki, gəmini adına görə saxlayıblar.

Mənsimov ictimaiyyət arasında nüfuza malik şəxsiyyətlərin, qəhrəmanların, dövlət xadimlərinin adından istifadə edərək öz “dahi” əməllərini həyata keçirir, bir daşla iki quş vurduğunu düşünür. Simasını büruzə verdikdən sonra dənizçilik sektorunda da əlindəki müştəriləri bir-bir itirən keçmiş biznesmen indi həm də siyasi xəyallar qurmağa başlayıb. Azərbaycan əsilli Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoil” şirkətinə qarşı dələduzluğunun üstü açıldıqdan və Mənsimov Ələkbərovun onu bu səhvlərinə görə bağışlamayacağını gördükdən sonra ümidini sosial şəbəkələrə bağlayır.

Digər tərəfdən, 2015-ci ildə Ukrayna parlamentində ciddi müzakirələrə səbəb olmuş, həmçinin, Ukrayna Prokurorluğu tərəfindən neft qaçaqmalçılığı etdiyi üçün cinayət işi açılan “ADRIATIC MARINER” gəmisinə Liberiya bayrağı çəkərək “MAMMAD AMIN RESULZADEH” adının verilməsi Azərbaycan xalqına lütf yox, xəyanət və məsuliyyətsizlikdir.

SOCAR Azərbaycanın dövlət şirkətidir və Mənsimovun oradan oğurladığı pullar Azərbaycan dövlətinindir, xalqınındır. İndi bu pulları geri ödəməmək üçün Mənsimov hər yola əl atır. Sosial şəbəkələrdə, yaxud muzdlu jurnalistlər vasitəsilə dövlət rəsmilərini təhdid edir, özünü Azərbaycan üçün canıyanan göstərərək, hadisələrdən məlumatsız şəxsləri səhv yönləndirərək, özünü haqlı göstərməyə çalışır. Borcları qarşılığında sabah məhkəmələrin verəcəyi qərarı siyasiləşdirmək üçün siyasi çıxışlar edir”.



Xəbərin oxunma sayı : 403




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap