Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Çay idxalının həcmi 4 dəfə azalıb – Sabiq sədrlə bağlı daha bir fakt açıldı

Tarix 21.05.18, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Əminəm ki, Azərbaycanda hər kəs Seylon çayının dadına ən azı bir dəfə baxıb. Lakin Şri-Lankadan Azərbaycana idxal marşrutu boyunca uzanan milyonlarla dollarlıq korrupsiya barədə heç də hamının məlumatı yoxdur.

2017-ci ildə Şri-Lanka Azərbaycana 12.271 ton çay ixrac edib. Bu, əvvəlki ildəkindən 16.2% çoxdur. “Turan” İA bu barədə informasiyanı Comtrade UN-dan əldə edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə müvafiq olaraq 11 767 və 11 539,5 ton Seylon çayı qanuni şəkildə ölkənin gömrük sərhədindən keçirilib. Şri-Lankanın hökumət mənbələri 2017-ci ildə Azərbaycana göndərilən yükü 62 milyon 865 min ABŞ dolları qiymətləndirib. Bu, Azərbaycan gömrüyündə bəyan edilən qiymətdən 33,1 faiz çoxdur. Bir ton çay $5122,9-a ixrac edilib. Azərbaycanda gömrük vergisi və rüsumlar 1111 dollar ucuz qiymət əsasında müəyyən edilib. İki ölkənin gömrük məlumatları arasındakı fərq 15 milyon 650,5 min dollar təşkil edir. Başqa sözlə, gömrükdə saxta invoys təqdim edilməsi ehtimalı var. 2016-cı ildə Şri-Lanka və Azərbaycan gömrük məlumatları arasındakı fərq 4,7 milyon dollar idi.

gomruk

Əvvəlki illərdə iki ölkənin Azərbaycana çay tədarükü üzrə məlumatlarındakı fərq daha çox olub. 2014-2015-ci illərdə Azərbaycan gömrüyündə 12.215 ton çay idxalı bəyan edilib. Şri-Lanka mənbələri bu iki il ərzində Azərbaycana təxminən iki dəfə çox çay ixrac edildiyini bildirir – 22 828 ton. Bu illərdə çay idxalının həcmi qiymət ifadəsində təxminən 4 dəfə azaldılıb (Azərbaycan – 25 milyon, Şri-Lanka – 98 milyon dollar).

Dövlət standartlarına uyğunluq sertifikatlarının reyestrində Azərbaycana çay idxal edənlər haqqında məlumat yoxdur. Azərbaycanda qara çayın emalı və qablaşdırılması ilə əsasən “Beta Tea” və “Azərsun Holdinq” şirkətləri məşğul olur.

Bu ilin I rübündə rəsmi olaraq ümumi bəyannamə qiyməti 11 milyon 857 min dollar (+ 16,5%) olan 3 min 66 ton çay (+ 18%) idxal edilib.

aydin-eliyev-4

“AzPolitika.info” onu da qeyd edir ki, bu il aprelin 23-də Prezidentin sərəcamı ilə 2006-cı ildən Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Aydın Əiyev vəzifəsindən uzaqlaşdırılıb. Onun işdən çıxarılmasınn bir səbəbi kimi də gömrükdə idxal- ixrac əməliyyatların gizlədilməsi, mal və məhsulları qeydiyyatdan yayındırmaqla dövlət vəsaitinin mənimsənilməsi göstərilir.

Təsadüfü deyil ki, yeni sədrn təyinatından sonra Dövlət Gömrük Komitəsində və strukturlarında kadr dəyişiklikləri, islahatlar və araşdırmalar aparılır. Komitədə rəhbərlik dəyişdiriləndən sonra Aydın Əliyevin üsul-idarəsi də ləğv olunur. Eyni zamanda həbslər baş verib. Prosesin davam edəcəyi gözlənilir. Bu cür faktların ortaya çıxması Aydın Əliyevin də istintaqa çağrılması ilə nəticələnə bilər. Hər halda ortada niyə belə böyük bir fərqin olması sabiq sədrdən soruşulmalıdır!



Xəbərin oxunma sayı : 298




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap