Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ayaks” “Real Madrid”ə öz meydanında şok yaşatdı – Darmadağın edildi

Tarix 06.03.19, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın “Real Madrid” klubu ardıcıl 3 mövsüm qazandığı Çempionlar Liqasının baş mükafatı ilə vidalaşıb.

AzFakt.com-un məlumatına görə, “kral klubu”nu 1/8 final mərhələsində mübarizədən Hollandiya “Ayaks”ı kənarlaşdırıb. Amsterdam komandası ilk görüşdə öz meydanında 1:2 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında səfərdə böyük hesabla qalib gəlib - 4:1.

“Ayaks” artıq 7-ci dəqiqədə Hakim Ziyeşin qolu ilə hesabı açıb. Bundan 11 dəqiqə sonra David Neres fərqi artırıb. 62-ci dəqiqədə Duşan Tadiçin vurduğu 3-cü qol mübahisələrə səbəb olub. Bu, ötürmənin verildiyi vaxt topun yan xətti keçib-keçməməsi ilə bağlı olub. Nəticədə VAR sisteminə müraciət olunub. Epizoda müxtəlif rakurslardan 4 dəqiqəyədək baxıldıqdan sonra almaniyalı baş hakim Feliks Brıx mərkəzi göstərib.

70-ci dəqiqədə “Real Madrid”in futbolçusu Marko Asensio fərqi azaltsa da, “Ayaks” cəmi 2 dəqiqə sonra Lasse Şönenin qolu ilə yekun nəticəni müəyyənləşdirib. 90+3-cü dəqiqədə “kral klubu” daha bir zərbə alıb. Naço qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Beləliklə, “Real Madrid” Çempionlar Liqası ilə ağır formada vidalaşıb.

1/4 finala daha bir vəsiqəyə isə İngiltərə “Tottenhem”i sahib çıxıb. Londonlular Almaniyanın “Borussiya” komandasını Dortmundda da yenməyi bacarıblar – 1:0. Yeganə qolu 49-cu dəqiqədə Harri Keyn vurub. İlk görüşdə “Tottenhem” 3:0 hesabı ilə qalib gəldiyi üçün adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki cavab oyunu bu gün keçiriləcək. PSJ Fransada İngiltərə “Mançester Yunayted”ini, “Portu” isə Portuqaliyada İtaliya “Roma”sını qəbul edəcək. 1/8 finala 12-13 martda keçiriləcək son 4 oyunla yekun vurulacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

5 mart

24:00. “Real Madrid” (İspaniya) – “Ayaks” (Hollandiya) – 1:4

Qollar: Marko Asensio, 70 – Hakim Ziyeş, 7. David Neres, 18. Duşan Tadiç, 62. Lasse Şöne, 72

Qırmızı vərəqə: Naço, 90+3 (“Real Madrid”)

Baş hakim: Feliks Brix (Almaniya)

Madrid. “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:1

24:00. “Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:1

Qol: Harri Keyn, 49

Baş hakim: Danni Makkeli (Hollandiya)

Dortmund. “Siqnal İduna Park” stadionu

İlk oyun – 0:3



Xəbərin oxunma sayı : 583




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap