Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Aygün Kazımova ilə bacı-qardaşıq” – Türkiyəli məşhur rejissor

Tarix 18.01.17, 0:15

Font ölçüsü : - / +
bitmap-img6


"Röya ilə hələ də görüşürəm, o, çox istiqanlıdır"

ARB TV-nin efirində yayımlanan "Türk şou-maqazin" verilişinin bu dəfəki qonağı olan türkiyəli müğənni Dərya Uluğ eksklüziv açıqlamalar verib.

Tanınmış ifaçı yeni klipinin çəkiliş arasında kliplə bağlı maraqlı açıqlamalar edib:

"Yeni klipimizdə mövzumuz odur ki, hər kəsin sevərək böyütdüyü insanların nankorluqlarını görmək. Əslində çox sevdiyimiz zaman sanki bir canavar yaradırıq. Və o yaratdığımız canavarı sonra izləyirik. Onun sonra bizi bəyənməməsini düşünürük. Daha sonra da vecimizə almırıq. Klipdə rəqqaslar olacaq. Onlarla rəqs edəcəm. Enerjili bir klip çəkəcəyik. Çox gözəl olacaq. "Okean" klipi mənim göz bəbəyimdir. Ümid edirəm ki, bu da ən az onun qədər seviləcək. "Canavar" da qəşəng olacaq. Mahnını Aslı Göklə birlikdə yazdıq. Almaniyaya konsertə gedəndə, nələrəsə əsəbləşdik və elə təyyarədə mahnını yazdıq".
 
Klipin rejissoru Ulaş Elgin də çəkdiyi klip və daha öncə çalışdığı azərbaycanlı ifaçılar haqda danışıb: 

"Gözəl bir klip olacaq. Fərqli formada çəkirik klipi. Gümüşü rənglərə üstünlük verdik. Texnoloji və elektronik formada hərəkətli klip çəkirik. Klip çəkilişi 1 ya 2 gün ərzində bitir. Bu klip isə çox güman 16 saata bitəcək. Aygün Kazımova və Röya Ayxanın da kliplərin çəkmişəm. Hələ də onlarla görüşürəm. Münasibətim qalıb. İkisi ilə də rahat işlədik. Aygünlə bacı-qardaşıq. Röya da çox istiqanlıdır".



Xəbərin oxunma sayı : 238




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap