Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Çaylarda sululuq səviyyəsi açıqlandı

Tarix 25.06.17, 19:29

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 20-də Gorançay çayında isə qısamüddətli daşqın müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 50-80, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

İyunun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 286 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 352 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 137 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

İyunun 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 18, Salyanda 20, Bankədə 6 sm azalma, Surrada 20, Araz çayının Novruzlu məntəqəsində 21 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il iyunun 23-də 332 sm), Şirvanda 265 sm, Salyanda 200 sm (2016-cı il iyunun 23-də 125 sm), Bankədə 193 sm (2016-cı il iyunun 23-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 sm (2016-cı il iyunun 23-də 44 sm) təşkil edir.



Xəbərin oxunma sayı : 88




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap