Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Az İnvest Sığorta” ASC vergi borcun niyə ödəmir? – Fotofakt

Tarix 27.02.21, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Dövlətə vergi borcu olan şirkətlərdən biri də “Az İnvest Sığorta” Açıq Səhmdar Cəmiyyətidir...

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən biznesyönümlü özəl şirkətlərin əksəriyyətinin dövlətə olan vergi borcları artmaqda davam edir.

İqtisadçılar bu amili koronavirus pandemiyasının son bir ildə dünyada yaratdığı iqtisadi böhranla əlaqələndirsələr də, digər səbəblərin də olduğunu istisna etmirlər. Belə ki, iqtisadçıların və təhlilçilərin fikirlərinə görə ciddi nizamnamə kapitalına malik olan şirkətlərin vergi borclarını ödəməmələrinin səbəblərindən biri də dövlətin vergi borcu olan şirkətlərə qarşı humanist davranmasıdır. Son illərin təcrübəsinə diqqət etdikdə də, görürük ki, bu kimi şirkətlər, yəni, dövlətə külli-miqdarda vergi borcu yaranan müəssisələrin borcları dövlət tərəfindən silinir.

Qlobal.az xəbər verir ki, dövlətə vergi borcu olan şirkətlərdən biri də “Az İnvest Sığorta” Açıq Səhmdar Cəmiyyətidir.

“Az İnvest Sığorta” ASC-nin bu günə olan vergi borcu 11.816 manat təşkil edir.

“Az İnvest Sığorta” ASC-ni dövlətə vergi borcu olan digər şirkətlərdən fərqləndirən cəhət nizamnamə kapitalının həcmi ilə bağlıdır.

Belə ki, 1992-ci ildə təsis edilən “Az İnvest Sığorta” ASC-nin nizamnamə kapitalı 1 milyon manatdır.

Şirkətin qanuni təmsilçisi Adıgözəlova Xumar Bəhruz qızı, hüquqi ünvanı isə Xətai rayonu, Nobel prospekti ev 23 ünvanıdır.
 

 







Xəbərin oxunma sayı : 538




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap