Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azad edilmiş ərazilərdə sərhəd nəzarəti işinin təşkilinə başlanılıb“ - DSX rəisi

Tarix 18.08.22, 20:08

Font ölçüsü : - / +
bitmap-img6


Azad edilmiş ərazilərdə sərhəd nəzarəti işinin təşkilinə başlanılıb. AzFakt.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin 103-cü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı məlumat verib.

Çıxışda dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, yaşayış məntəqələrinin, strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik salnamaləri yazmaları, müharibə aparma təcrübəsində müasir texnologiyaları tətbiq etməklə ölkəmizin hərb tarixinə yeniliklər gətirmələri vurğulanıb.

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinin sürətlə davam etdirildiyi, qısa müddət ərzində azad edilmiş ərazilərdə yeni hərbi hissələrin yaradıldığı, sərhəd döyüş məntəqələrinin fəaliyyətə başladığı, müvafiq sahələrdə sərhəd nəzarəti işinin təşkilinə başlanıldığı bildirilib.

E.Quliyev dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edən, üçrəngli dövlət bayrağımız altında milli maraqlarımızı ən yüksək səviyyədə qorumaqdan qürur duyan sərhədçilərin gələcəklərinə inamla baxdıqlarını, bu inamın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrdən qaynaqlandığını söyləyib.



Xəbərin oxunma sayı : 733




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap