Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azad Rəhimov mənim yerimə güləşmir” – Xanım idmançıdan nazirə ittiham

Tarix 25.02.17, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


Cüdo və sambo üzrə 11 qat Dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova yenicag.az saytına müsahibə verib.

AzFakt.com xəbər verir ki, xanım idmançı müsahibəsində təqaüdünü ala bilməməsindən danışıb:

– Sizin təqaüd məsələniz haqqında danışmaq istərdim. Azad Rəhimovla problemi hələ həll edə bilməmisiniz?

– Təqaüd məsələmi hələ də həll etməyiblər. Olduğu kimi qalıb.

Bununla bağlı yenidən harasa müraciət etmisiz, ya da etməyi düşünürsüz ?

– Kimə müraciət etməliyəm? Müraciət olundu, cavabını da özünüz gördüz. Mən artıq nə edə bilərəm? İndi siz jurnalistlər də bu barədə hərəkətə keçsəniz, yaxşı olar. Bildiyiniz kimi mən cüdodan hərbçilərin Olimpiya çempionuyam. Bu nəticəni də Azərbaycanda ilk dəfə göstərən mən olmuşam. 1995-ci ildə Hərbçilərin Olimpiadasında qalib olduğum zaman erməni ordusunun generalı himnimizin sədaları altında birinci yerdə dalğalanan bayrağıma məcburiyyət qarşısında qalıb fərəqət komandasıyla baxmalı olmuşdu. Uzaq tarix deyil. Heç olmasa tarixi araşdırıb baxsınlar ki, kim hərbçilərin Olimpiya çempionu olub.

Azad Rəhimovu teledebata dəvət etmişdiniz. Bununla bağlı sizə cavab gəlməyib?

– Mən Allahdan başqa heç kimdən çəkinmirəm. Üzbəüz hər bir insanla işimlə bağlı danışmağa hazıram. Buna həm savadım, həm dünyagörüşüm izin verir. Mən hər kəslə oturub, öz sahəm üzrə müzakirə aparmağa hazıram.

Siz bu gün Azad Rəhimovun nazir kimi fəaliyyətindən razısız?

– Mən sözü üzə deyirəm. Kiminsə arxasınca danışmağı sevmirəm. Mən bəzi idmançılar kimi deyiləm ki, arxada danışım, qarşılaşanda üzünə gülüm. Mən Azad Rəhimovla üzbəüz gələndə ona sözümü deyirəm. Onu da ora qoyan ölkə başçısıdır. Lazım olanda çıxardacaq, lazım olanda saxlayacaq. Azad Rəhimov gəlib mənim yerimə güləşmir ki,.. Ümumiyyətlə, cüdomu, güləşimi nəinki nazir, heç kəs mənim əlimdən ala bilməz. Təki hər kəs öz işini normal görsün. Mən hər işimi Allaha həvalə etmişəm: qədərimdə nə yazıbsa, o da olacaq.



Xəbərin oxunma sayı : 421




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap