Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azarkeşlər 90 dəqiqə məni təhqir etdilər“ - Mourinyo

Tarix 08.11.18, 13:44

Font ölçüsü : - / +
bitmap-img6


"Çox yaxşı oyun idi. Yüksək səviyyədə futbol oynadıq. Komandam sonadək mübarizə apardı. Milyonlarla insan bu qələbəyə sevindi. Amma mən "Yuventus"a hörmət edirəm. Futblçularımla qürur duyuram. Onlar mümkün olan hər şeyi etdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Yuventus"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Yuventus"da möhtəşəm oyunçular var. Bonuççinin ötürməsi, Ronaldonun qolu gözəl idi. Bu komanda evdə fantastik oynayır" - deyə  o bildirib.

J.Morunyo görüşdən sonra tribunaları hədəf alaraq əlini qulağına aparmağı ilə bağlı etdiyi hərəkətə də münasibət bildirib: "Gözəl bir İtaliya şəhərində məni 90 dəqiqə təhqir etdilər. Onları təhqir etmədim. Sadəcə kiçik bir hərəkət etdim. Milyonlarla "İnter" azarkeşinin bundan məmnun olduğunu bilirəm. Ancaq "Yuventus"a, oyunçularına, rəhbərliyi sahib olduqları səviyyəyə görə hörmət edirəm".

Qeyd edək ki, Mourinyo 2008-2010-cü illərdə "İnter"i çalışdırıb.



Xəbərin oxunma sayı : 169




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap