Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azdrama“ qastrola yollandı - Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə

Tarix 19.06.19, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


Akademik Milli Dram Teatrının kollektivi beynəlxalq teatr festivalında iştirak etmək üçün Gürcüstana yollanıb.

AzFakt.com xəbər verir ki, teatrın mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, Kutaisidə təşkil olunan "Thetrical İmereti" festivalında sənət ocağının repertuarında olan "Manqurt" tamaşası iyunun 19-da, "Cəhənnəm sakinləri" isə iyunun 20-də oynanılacaq.

Festivalın bağlanış tamaşası məhz Akademik Milli Dram Teatrının "Cəhənnəm sakinləri" tamaşası ilə olacaq. Bundan başqa teatrın beynəlxalq əlaqələrinin genişləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi üçün müxtəlif teatrlarla danışıqlar aparılacaq.

"Manqurt" tamaşasının bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru (diplomant) İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənovdur.

Tamaşada əməkdar artistlər Mehriban Xanlarova (Nayman ana), Elşən Rüstəmov (Juan-juan), aktyorlar Ramin Şıxəliyev (Manqurt​), Vüsal Mustafayev çıxış edəcək.

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan "Cəhənnəm sakinləri" səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq) əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev iştirak edəcəklər.

Qeyd edək ki, kollektiv qastrola avtobusla yollandığı halda, direktor Azər Paşa NEmətovla, xalq artisti Məleykə Əsədova təyyarəyə üstünlük veriblər. 

 

 

 



Xəbərin oxunma sayı : 1036




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap