Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan 2017-ci ildə neftdən 6 milyard dollar qazandı” –Ekspertlər “qara qızıl”dan nə gözləyir?

Tarix 05.01.18, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


“İlin əvvəli çox pozitiv başladı. London birjasında neftin qiyməti 68,20 dollardan start götürdü”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı İlham Şaban "Azerilayt" markalı neftin 1 barelinin dəyərinin 1,89 faiz artaraq 69,89 dollara çatmasını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, qiymət yüksəlişi neftə olan tələbatın artımı ilə bağlı informasiyalardan qaynaqlanır:

“Bundan əlavə, həm Şimali Amerikada, həm də Avropada havaların soyuq keçməsi yanacağa ehtiyacı artırıb. Bu kimi faktorlar neftin qiymətinə təkan verir. Ötən ilin sonunda Britaniyaya gələn boru kəmərində problem çıxması, 400 min barrel həcmində neft ixracının dayanması, Liviyanın ixrac-boru kəmərinin partladılması qiymətləri 5-70 dollar dəhlizinə sürüklədi. Cari il üçün Beynəlxalq Enerji Agentliyinin məlumatlarına nəzər salsaq, neftə olan tələbat 1,4-1,8 milyon barrel gündəlik artıma doğru getməlidir”.

Ekspert əlavə edib ki, ümumilikdə neftin qiyməti gün ərzində dəyişir: “Satıcıları və istehlakçıları rüblük və illik qiymət maraqlandırır. Maliyyə hesabatı bunun üzərində qurulur. Cari il üçün hələlik proqnoz 56-57 dollardır. Bu, ötən illə müqayisədə təqribən 3 dollar artım deməkdir.

Bu il üçün Azərbaycanda neft hasilatının yenidən azalması proqnozlaşdırılır. Hökumətin proqnozunda neft hasilatının təqribən 1 milyon tona yaxın azalacağı gözlənilir. Ona görə neftin qiymətinin artımı ötən illə müqayisədə gəlirlər baxımından onu konpensasiya edə bilər. 2017-ci ildə ölkəmiz mənfəət neftini 6 milyarddan bir qədər çox qazana bildisə, 2018-ci ildə də qiymətin artımı hesabına bu səviyyəsini qoruyub saxlaya bilər”

 



Xəbərin oxunma sayı : 160




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap