Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan üçün tarixi nəticədir“ - De Byazi

Tarix 20.11.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


“Təəssüf ki, ilk 15 dəqiqədə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxşı oynaya bilmirdik, topu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik". 

Bu sözləri millimizin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu" - deyə o bildirib.

Mütəxəssis daha sonra vurğulayıb: "Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu”.



Xəbərin oxunma sayı : 772




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap