Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammit keçirə bilər” – Mövlud Çavuşoğlu

Tarix 10.11.18, 14:06

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli sammit keçirə bilər”.

“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana səfəri zamanı bəyan edib.

Onun sözlərinə görə, bu görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana gözlənilən səfəri zamanı keçirilə bilər.

Türkiyə XİN başçısı həmçinin İpək Yolunun canlandırılması məsələsində üç ölkənin rolunu qeyd edib: “Tarixi İpək Yolunun bərpası məsələsində Türkmənistan, Azərbaycan və Türkiyənin üzərinə böyük öhdəliklər düşür. Bununla əlaqədar, bu üç ölkə ən əsas oyunçulardır”.

O deyib ki, dəmir yolu və avtomobil yolu bağlantılarını qurmaq lazımdır: “Digər tərəfdən, enerji təhlükəsizliyinə nail olmaq üçün Türkmənistan qazının TANAP layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılması imkanları qiymətləndirilməli, Xəzər dənizinin dibi ilə neft kəmərinin çəkilməsi layihəsinin reallaşdırılması məsələsinə baxılmalıdır”.





Xəbərin oxunma sayı : 145




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap