Evlilik üçün oğlundan icazə aldı Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar 52 yaşı olduğuna inanmaq çətindir - Fotolar Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO
Axtar
 
  • / Maqazin / — 08 Yanvar 2019

    Evlilik üçün oğlundan icazə aldı

  • / Maqazin / — 05 Yanvar 2019

    Bu dəfə də geyimi ilə gecəyə damğa vurdu - Fotolar

  • / Maqazin / — 05 Yanvar 2019

    52 yaşı olduğuna inanmaq çətindir - Fotolar

  • / Maqazin / — 04 Yanvar 2019

    Səmra sinə dekoltesi ilə meydan oxudu - VİDEO

  • / Maqazin / — 03 Yanvar 2019

    Mənzurə Musayeva ailə quracaq: Üçüncü dəfə... - Video

  • / Maqazin / — 03 Yanvar 2019

    Pərvin gecə klubunda ətəyini qaldırıb belə rəqs etdi - VİDEO


Füzuli Ələkbərovun “qara kassa“sı Heybət İmanov ƏSMM-də “at oynadır“ - Narazılıq

Londona milyonlar yatıran ANARLARIN başı dərddə – Xüsusi komissiya yaradıldı

FETO-çu generalın Bakıdakı əlaqələri araşdırılır - Azərbaycan prokurorluğu Akın Öztürkü istintaqa cəlb etdi

“Sovetski”dəki söküntünün milyonçuya çevirdiyi məmurların adları bilindi – ləqəbi “çəpiş”

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır...“ - Prezident İlham Əliyevdən xalqa mühüm mesajlar

Saatda 81 km sürətlə “GƏLƏCƏYƏ GEDƏN” qatarımız – “Dünyada belə sürətlə öyünən ölkə varmı?”

Prezident əmək pensiyaları ilə bağlı dəyişikliyi təsdiqlədi - Yanvarın 1-dən belə hesablanacaq...

Dövlət tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyindən çıxarıldı - Oqtay Şirəliyev “portfel nazirə” çevrilir

İcra başçısının müavini 6.5 milyon manatlıq cinayət işində - İfadə verdi

Tramp Qafqazda hücuma keçəcək, əsas diqqət Ermənistana yönəlib... - Mərkəzi Kəşfiyyatın “Kölgəsi“ sensasion analiz yaydı

Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma

Eldar Mahmudovun istintaqa ifadəsi yayıldı – 30 milyonu ölkədən kimlər, necə çıxarıblar?

AZAL şefinin təyyarəsi “Abel zolağına“ enir? – Adı dəyişdirilən bank müəmması

Abel Məhərrəmovun milyonluq mülkləri və bahalı avtomobilləri...– Akademik də villabaz imiş!

“Azərbaycan ötən il rekord sayda islahat həyata keçirib” – Dünya Bankı Qrupu

Tarix 31.10.18, 19:38

Font ölçüsü : - / +
bitmap-img6


Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələrin işgüzar fəaliyyəti həyata keçirmə imkanlarını yaxşılaşdırmaq üçün islahatların tempini sürətləndirib.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun bu gün açıqladığı “Doing Business 2019: Training for Reform” adlı hesabatda bildirilir.

Sənəddə deyilir ki, ötən il regionda biznes mühiti ilə bağlı ümumilikdə 54islahat həyata keçirilib. Bir il əvvəlki hesabata 43 islahat daxil edilib. Regiona daxil olan 23 ölkənin demək olar ki, hamısında iş yerləri yaratmağa və özəl müəssisələri stimullaşdırmağa kömək edən islahatlar aparılıb.

Regiona “Doing Business” reytinqində ən yüksək mövqe tutan 10 ölkədən 2-si daxildir. Gürcüstan mövqeyini 6-cı yerə qədər yaxşılaşdırıb, Makedoniya isə 10-cu yerdə qərar tutur. Öz göstəricilərini ən çox yaxşılaşdıran ölkələrdən ikisi də bu regiondandır – Azərbaycan və Türkiyə.

“Avropa və Mərkəzi Asiya ölkələri bir daha islahat gündəliyinə sadiqliklərini nümayiş etdiriblər. Məqsəd özəl sektorun inkişafına təkan verilməsi, iqtisadi artım və çiçəklənməni təmin etməkdir”, – deyə “Doing Business” bölməsinin proqram meneceri Santiaqo Kroçi Dovns (Santiago Croci Downes) qeyd edib.

“Öz mövqeyini 25-ci yerə qədər yaxşılaşdırmış Azərbaycan rekord sayda – 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstəricidir. Azərbaycanda elektrik şəbəkəsinə qoşulma daha asanlaşıb və ucuzlaşıb. Müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə düşüb. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilmiş və milli enerji tənzimləyicisi yaradılıb. Tikinti icazələrinin alınması asanlaşdırılıb. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilib.

Tarixində ilk dəfə ən böyük islahatçı olan Türkiyə 7 islahat həyata keçirmiş və qlobal reytinqdə 43-cü mövqeyə yüksəlib. Minimum ödənilmiş kapital tələbinin ləğv edilməsi ilə Türkiyədə biznesə başlamaq asanlaşdırılıb. Digər təkmilləşdirmələrə sənədlərin elektron emalı, vergilərlə bağlı ödənişlər üzrə daha çox məlumatın təmin edilməsi və kreditlərə çıxışın yaxşılaşdırılması daxildir. Lakin əmlakın başqasına ötürülməsi xərclərinin artması Türkiyədə əmlakın qeydiyyatını çətinləşdirib.

4 islahat həyata keçirən Rusiya 31-ci yerə qalxıb. Rusiyada islahatlara Moskva və Sankt-Peterburqda vergilərin ödənilməsi xərclərinin azaldılması daxildir. Rusiya onlayn gömrük rəsmiləşdiilməsini prioritetləşdirməklə və avtomatik emal üçün tələb olunan müddətin azaldılması ilə beynəlxalq ticarəti asanlaşdırıb. Bundan başqa Rusiyada anbar tikintisi üçün lazım olan bütün icazələrin alınma müddəti 13 gün qısaldılıb.

Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Lakin əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib.

Ümumilikdə regionun ölkələri diqqətlərini daha çox beynəlxalq ticarət və vergilərin ödənilməsinə yönəldiblər. Bu sahələrdə son il ərzində müvafiq olaraq 98 islahat həyata keçirilib. Əmlakın qeydiyyatı və minoritar səhmdarların qorunması sahəsində region ölkələri ən yaxşı göstəricilərə malikdirlər. Orta hesabla, əmlakın başqasına ötürülməsi üçün zəruri olan bütün prosedurların yerinə yetirilməsinə 20 gün tələb olunur, xərclər usə əmlakın dəyərinin 2,6%-ni təşkil edir. İnkişaf etmiş İƏİT ölkələrində bu göstərici 4,2%-dir.

Amma elektrik şəbəkəsinə qoşulma sahəsində regionun göstəriciləri aşağı olar qalır. Müəssisənin elektrik şəbəkəsinə qoşulması orta hesabla adambaşına gəlirin 325%-ni təşkil edir. İƏİT ölkələrində bu göstərici 64%-dir”, – deyə açıqlamada qeyd olunub.




Xəbərin oxunma sayı : 325

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda