Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub“ - Samir Şərifov

Tarix 17.05.19, 21:45

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycan və ABŞ arasında gələcək əməkdaşlığın prioritetləri əsasən ticarət imkanlarının araşdırılması, təhlil edilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artırılmasından ibarətdir".

EkoNews-un məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi tərəfdaşlıq komissiyasının 4-cü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm Azərbaycandan ABŞ-ya ixracın, həm də ABŞ-dan idxalın artırılması, qarşılıqlı investisiya həcmlərinin artırılması əsas əhəmiyyət daşıyır: "Eyni zamanda, yüksək texnologiyaların, nou-hauların bölüşdürülməsi istiqamətində ABŞ tərəfindən maraqlı təkliflər təqdim olunur. Həmçinin, digər istiqamətlərdə də Azərbaycan tərəfinin turizm, logistika, nəqliyyat, tranzit imkanlarından daha geniş istifadə etməyi təklif etmişik. Azərbaycana daha çox Amerika investisiyaların yatırılmasını təklif etmişik”.

Nazir hesab edir ki, bu sahədə ölkələr arasında kifayət qədər yaxşı potensial mövcuddur və ən vacibi isə əvvəlki illərdə yaradılmış münbit investisiyalar üçün çərçivə bundan sonra da ABŞ şirkətlərinin Azərbaycana investisiyalarının davam etdirilməsini şərtləndirəcək.

Bu günə qədər ABŞ Azərbaycana 13,6 mlrd dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub.



Xəbərin oxunma sayı : 307




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap