Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan ADB-dən davamlı olaraq kredit alıb” – Samir Şərifov

Tarix 07.05.18, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Asiya İnkişaf Bankı (ADB) 2017-ci ildə region ölkələrinə rekord həddə – 20,1 mlrd. ABŞ dolları məbləğində kredit verib.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Bankın Filippinin paytaxtı Manilada keçirilən 51-ci İllik Toplantısındakı çıxışında deyib.

“Bu rəqəm 2016-cı ilə nisbətən 7 mlrd. dollar, 2015-ci ilə nisbətən isə 4 mlrd. dollar çoxdur. Son 2 il ərzində ADB-nin özəl sektora ayırmaları 31% artaraq 2,3 mlrd. dollara çatıb. Bu kifayət qədər böyük rəqəmdir“, – nazir qeyd edib.

Bundan başqa, S.Şərifovun sözlərinə görə, 2016-2017-ci illərdə Bankın Azərbaycan üzrə kredit portflei 2 dəfə böyüyüb: “Azərbaycan ADB-dən davamlı dəstək alıb və bununla da son 2 il ərzində ölkəmiz üzrə kreditləşmə göstəricisi 2 dəfə artıb. Verilmiş kreditlər Bankın yol tikintisi, içməli su təchizatı, suvarma,, sanitariya və enerji infrastrukturunun qurulmasında, eləcə də ictimai sektordakı islahatlarda rolunu artırıb. Kredit portfelinin böyüməsi layihələrin yüksək səviyyədə həyata keçirilməsinin, ADB ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinin göstəricisidir”.



Xəbərin oxunma sayı : 463




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap