Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Azərbaycan banklarının məcmu borcu son 2 ildə azalmayıb

Tarix 03.12.16, 3:31

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın bank sektorunda fəaliyyət göstərən bankların məcmu borcu 2015-ci ilin yanvarın 1-dən 2016-cı il oktyabrın 1-dək təqribən 200 mln. ABŞ dolları və ya 2,4% artaraq 8,44 mlrd. dollar təşkil edib


"Report"un analitik qrupu bildirir ki, 2015-ci il yanvarın 1-ə kommersiya banklarının 1,9 mlrd. dollara yaxın olan Azərbaycan Mərkəzi Bankına (AMB) öhdəliyi hazırda 2,4 dəfə artaraq 4,5 mlrd. dollara çatıb. Eyni zamanda bank sektorunun xarici öhdəlikləri 6,35 mlrd. dollardan 1,6 dəfə azalaraq 3,9 mlrd. dollara geriləyib. Yəni, bank sektorunun son 21 ayda ödədiyi 2,5 mlrd. dollar xarici borcu demək olar, AMB-nin yenidən maliyyələşdirməsi hesabına təmin edilib. 

Statistika göstərir ki, 2017-ci ildə kommersiya banklarının xarici öhdəliklərini təqribən 1,2 mlrd. azaldılacaq. Bu vəsaitin AMB tərəfindən təmin ediləcəyi ehtimal olunur. Belə ki, bank sektoru maliyyə böhranı səbəbindən yetərincə mənfəət gətirməməsi, hətta bir çox bankın zərərlə çalışdığı müşahidə edilir. 

Xatırladaq ki, bir qədər əvvəl "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının 2017-ci ilin ilk rübünün sonuna qədər 450 mln. dollar xarici borcunu ödəməli olduğunu açıqlayıb.

Bank sektorunun məcmu borc səviyyəsini azaltmaq üçün əsas fəaliyyət gəlirini artırması zəruridir və yaxud mövcud borc səviyyəsini sürdürmək üçün bankların aktivlərinin yüksəlməsi vacibdir. Hazırda kommersiya banklarının gəlirləri əsasən valyuta əməliyyatları və əməliyyat gəlirlərindən ibarətdir. Bankların ilk devalvasiyadan sonra kredit portfeli getdikcə azaldığından banklar kifayət qədər mənfəət əldə edə bilmir. Problemli kreditlərin artması isə borcların ödənilməsində çətinlik yaradır. Bununla yanaşı, əhalinin real gəlirləri son 2 ildə azaldığından əhali bank sektorundan 4,3 mlrd. dollara yaxın əmanəti çıxarıb. Bu da bank sektorunun fəaliyyətinə əlavə yük gətirib. 



Xəbərin oxunma sayı : 100




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap