Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Beynəlxalq Bankı kreditorları qəzəbləndirən şərtlərini dəyişdi

Tarix 17.06.17, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Beynəlxalq Bankı elan edib ki, “Clifford Chance” hüquq firmasının təmsil etdiyi bir qrup kreditorla danışıqlardan sonra xarici borcların restrukturizasiyasına dair şərtlərini dəyişib. Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bankın ötən gün yaydığı məlumata istinadən bildirir.

Bank bildirir ki, yeni şərtlər iyunun 19-da, gələn həftənin əvvəlində xüsusi informasiya memorandumu vasitəsilə açıqlanacaq.

“Clifford Chance” Azərbaycan Beynəlxalq Bankına cəmi 584 milyon dollar sindikatlaşdırılmış kredit verən bir neçə kreditoru təmsil edir. Bunlar “Citibank”, “Credtit Suisse” və digər xarici banklardır.

Bank həmin hüquq firmasının təmsil etdiyi kreditorlrla danışıqlara bu həftənin əvvəli başlayıb. Bildirilir ki, bankın 3.3 milyard dollarlıq xarici borcunun yarısından çoxunu vermiş kreditorlar yeni şərtlə razılaşdıqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı xarici borcların restrukturizasiyasına dair planı Londonda kreditorlara mayın 23-də təqdim etmişdi. Plana əsasən kreditorlar banka verdikləri vəsaitin 20 faizinin silinməsi şərti ilə borcun dövlət istiqrazlarına dəyişdirilməsi şərtini qəbul etməliydi. Lakin bu şərt kreditorları narazı salıb. Plan gələn ay səsə qoyulmalıydı.



Xəbərin oxunma sayı : 94




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap