“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq“ - Cənubi Azərbaycanın milli lideri

Tarix 18.09.19, 23:33

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Azərbaycan mili hərəkatının liderlərindən biri olan Abbas Lisani Ərdəbil şəhərində keçirilən apelyasiya məhkəməsində İrandakı milli ayrı-seçkilik siyasətinin 100 ildən bəri davam etdiyini gündəmə gətirərək prokurora və məhkəmə sədrinə ağır ittihamlar yönəldib.

AzFakt.com-un məlumatına görə, Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsində Abbas Lisaninin vəkillərininin verdiyi şikayət ərizəsinə baxılarkən şəhərin yeni prokuroru Lisaniyə daha əvvəl verilən 8 illik həbs cəzasının artırılmasını tələb edib.

Məhkəmənin son söz verdiyi Abbas Lisani deyib:

"Hökm ömür boyu və hətta edam da olsa, öz fikirlərimdən zərrə qədər də vaz keçmərəm. Əgər həqiqətən ədalətiniz varsa,bu qapıları açın, xalq və dünya bu məhkəməni görsün. Azərbaycan milli hərəkatı göbələk kimi yerdən çıxmayıb. Ən azı 1 əsrdən bəri Türk millətinə qarşı həyata keçirilən zülmün və ayrı-seçkiliklərin nəticəsində meydana çıxıb. Buna görə hər bir Azərbaycan Türkü bu ayrı-seçkiliyə öz reaksiyasını demokratik yollardan göstərməkdə tamamilə haqlıdır. Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaqdır".

Appelyasiya məhkəməsi hökmün oxunacağına dair hər hansı tarix elan etməyib.

Abbas Lisani milli ideyaları müdafiə etdiyinə görə, İran məhkəmələri tərəfindən dəfələrlə həbs cəzasına məhkum edilib.(Turan)



Xəbərin oxunma sayı : 1345




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap