Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycan hücuma çıxmaqda problem yaşayırdı”

Tarix 12.06.18, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanla oyunu əks-hücum üzərindən qurmuşduq. Müdafiədə vəziyyəti düzəldib, sürətli hücumlar planlaşdırırdıq. Lakin istəyimiz bu dəfə baş tutmadı

AzFakt.com apasport.az-a istinadən xəbər verir ki, bunu Latviya yığmasının müdafiəçisi Vladislav Qabov deyib.

Yerli mətbuata açıqlama verən 31 yaşlı futbolçu Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.

O, məğlubiyyəti komanda şəklində buraxılan səhvlərlə əlaqələndirib: "Müdafiədə rəqibin təhlükəli əks-hücumları ilə üzləşdik. Hesabda geri düşdükdən sonra isə geridə otura bilməzdik və bu, hesabın daha da artmasına səbəb oldu. Biz qol vurmaq istəyirdik, Azərbaycan vurdu. Məsələ təkcə qapıçının səhv etməsində deyil. Oyun ərzində çox səhvlərə yol verdik. Hər səhv isə futbolçuda özünəinamı azaldır. Təkcə qapıçı yox, bütün komanda səhvlər etdi".

Qabov yığmamızı bir neçə gün əvvəl Baltik kubokunda qarşılaşdıqları Estoniya ilə də müqayisə edib: "Mənim fikrimcə, Estoniyanın daha çox hücum etmək şansı var idi, topa nəzarət onlarda idi. Hücumun keyfiyyəti komandanın topla oynamasından asılıdı. Azərbaycan isə hücuma çıxmaqda problem yaşayırdı".

Qeyd edək ki, Riqada keçirilən Latviya - Azərbaycan qarşılaşması millimizin 3:1 hesablı qələbəsi ilə nəticələnib.



Xəbərin oxunma sayı : 442




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap