Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Azərbaycan iqtisadiyyatına indiyədək 270 milyard dollar investisiya yatırılıb”- Nazir müavini

Tarix 11.12.19, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


“Müstəqillik illərində Azərbaycanın iqtisadiyyatına 270 mlrd. ABŞ dolları investisiya yatırılıb”.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Enerji Xartiyası Konfransının Albaniyada keçirilən 30-cu iclasında çıxış edən Azərbaycanın Energetika nazirinin müavini Samir Vəliyev deyib.

“Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi və bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu strategiyanın uğurla reallaşdırılması sayəsində müstəqillik illərində investisiyaların həcmi 270 mlrd. dollar olub”.

Onun sözlərinə görə, Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Azərbaycanın öz enerji təhlükəsizliyini tam təmin edərək, transmilli enerji-kommunikasiya layihələri, xüsusilə də mənbə və marşrutların diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir layihə ilə qlobal enerji təhlükəsizliyi sistemində mühüm tərəfdaşa çevrilməsi məhz əlverişli investisiya mühitinin nailiyyətləridir.

Nazir müavini hazırda energetika sektorunda, xüsusilə də bərpa olunan enerji sahəsində özəl sektorun iştirakının təmin edilməsi üçün kompleks islahatlara başlanıldığını, özəl və xarici investisiyanın cəlbi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

“Azərbaycanın sərmayələri qoruyan siyasəti, xarici investorlarla səmərəli əməkdaşlıq təcrübəsi imkan verir ki, energetika sektorunda bazar münasibətlərinin formalaşdırılması, bərpa olunan enerji sahəsinin daha da inkişafı və enerji səmərəliliyi ilə bağlı hədəflərimiz uğurla həyata keçirilsin”, deyə nazir müavini Samir Vəliyev bildirib.

Qeyd edək ki, gələn il Azərbaycan Enerji Xartiyası Konfransına sədrlik edəcək.



Xəbərin oxunma sayı : 439




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap