Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycan MŞST-dan çıxsa da, şəffaflıq prinsipinlərinə sadiqdir”

Tarix 08.12.17, 16:27

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan MŞST-dan çıxsa da, şəffaflıq prinsipinlərinə sadiqdir” – Şahmar Mövsümov

“Biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxdıqdan sonra daha əhatəli hesabat hazırladıq. Bu prosesə müstəqil auditor da cəlb etdik. Həmin hesabat bir sıra yeni məlumatlarla zənginləşdirilib. Burada SOCAR-ın sosial xərcləri, Hasilatın Pay Bölgüsü sazişləri ilə bağlı ətraflı məlumatlar yer alıb. Bir sözlə, Azərbaycan təşkilat olaraq MSŞT-dən çıxdığını bəyan edib, amma həmin təşkilatın prinsiplərinə, yəni şəffaflıq prinsiplərinə sadiq qalıb".

Virtualaz.org xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, media nümayəndələrinin iştirakı ilə "Moore Stephens Azerbaijan" auditor şirkəti tərəfindən 2016-cı il üzrə HSŞ Hesabatının yekun versiyasının təqdimat mərasimində ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov Azərbaycanın MSŞT-nin fəal üzvlərindən olduğunu deyib: "Azərbaycan 2003-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub. Bu müddət ərzində biz hasilatla bağlı bütün məlumatları ictimaiyyətə açıqlamışıq, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində 20-dən çox hesabat dərc etmişik. Buna baxmayaraq, Azərbaycana qarşı ikili standartlar tətbiq edilib. 2013-cü ildən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü tərəfindən Azərbaycana qarşı ikili standartların və qərəzli mövqenin sərgiləndiyini gördük. Bu ilin aprelin 5-də prezident İlham Əliyev hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb”, - deyə ARDNF-in icraçı direktou bildirib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev isə bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın hasilat sənayesində şəffaflıq prinsiplərinə əməl etməsini müsbət qiymətləndirir: "Beynəlxalq ictimaiyyət Azərbaycanın hasilat sənayesində şəffaflıq prinsiplərinə əməl etməsini müsbət qiymətləndirir və heç bir öhdəlik olmadan Azərbaycanın hasilat sənayesi ilə bağlı bütün məlumatları açıqlanmasını alqışlayırlar. Bu, Azərbaycana qarşı ittihamların əsassız olduğunu bir daha sübut edir”, - deyə S. Babayev qeyd edib.

Nazir müavini həmçinin qeyd edib ki, hasilat sənayesi Azərbaycan iqtisadiyyatının ən mühüm sektorlarından biridir. Əvvəllər neft-qaz sektoru ÜDM-in 70%-ə qədərini təşkil edirdi, hazırda bu göstərici 35%-ə düşüb.



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap