![]() |
|














“Azərbaycan manatı yenidən ucuzlaşmağa məhkumdur“ - Qubad İbadoğlu gözlənilən təhlükədən danışdı
Tarix 24.07.19, 11:27 |
|

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, iqtisadçı professor Qubad İbadoğlu “Azpolitika.info” saytına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Qubad bəy, son dövrlər qonşu Gürcüstanda, İranda və Türkiyədə milli valyutaların dəyərdən düşməsi müşahidə edilir. Bu prosesin Azərbaycan manatına hansı təsirləri gözlənilir?
– Doğrudur, türk lirəsi əvvəl sürətlə ucuzlaşırdı, amma indi stabil mövqedə qalmağa çalışır. Qonşu Gürcüstanda lari son dövrlər ucuzlaşmağa başlayıb, o cümlədən Qazaxıstan milli valyutası da ucuzlaşmaq istiqamətində dəyişikliklərə məruz qalıb. Rusiyada da rublun sürətlə ucuzlaşması müşahidə edildi və indi rubl möhkəmlənməyə başlayıb. İranın milli valyutası isə son proseslər, iqtisadi sanksiyalar nəticəsində ucuzlaşmaqda davam edir. Yəni ətrafda baş verənlər, hər bir ölkədə milli valyutaların müəyyən dəyişikliklərə məruz qaldığını deməyə əsas verir. Azərbaycanda isə sabit kursdur. Necə ki, ölüdə reaksiya yoxdur, eləcədə manatda reaksiya yoxdur. Azərbaycan manatını ölmüş vəziyyətdə saxlayırlar. Yəni manat nə tənzimləyici funksiyasını yerinə yetirir, nə də bazarla əlaqəli şəkildə baş verənlərə reaksiya göstərir. Azərbaycan manatı sabit saxlanılmaqla, eyni zamanda iqtisadiyyatda gedən proseslərin nə inkişafında, nə stimullaşdırılmasında, nə də təşviqində rol oynamır. Bu ondan irəli gəlir ki, Azərbaycanda manat bazarın təsiri nəticəsində yaranan məzənnəyə malik deyil, əvvəlki illərdə olduğu kimi, sabit məzənnəyə üstünlük verilir. Və bu sabit məzənnə deyərdim ki, Azərbaycanda aparılan siyasətin əlaqələndirilməməsinin göstəricisidir. Azərbaycanda məzənnə siyasəti ilə pul-kredit siyasəti arasında əlaqə yoxdur, eyni zamanda məzənnə siyasəti fiksal siyasət arasında əlaqə yoxdur, eləcədə məzənnə siyasəti ilə qeyri-neft sektorunun inkişafı və tənzimlənməsi arasında kontakt yoxdur. İxrac siyasəti ilə milli valyuta arasında əlaqədən də danışmağa dəyməz. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yaxşı idarə edilmir. Yaxşı idarə olunan iqtisadiyyat bir-birilə əlaqəli və koordinasiya şəklində tənzimlənməlidir. Burada həm də hər bir istiqamətin özünün məxsus olduğu istiqamətləndirici funksiyalardan istifadə edilməlidir. Azərbaycanda bunlar yoxdur. Odur ki, qonşu ölkələrin milli valyutasında baş verən proseslərin Azərbaycan manatına təsirindən danışmağa dəymir. Biz yalnız psixoloji təsirdən danışa bilərdik, amma əvvəllər belə təsirlər olurdu, son zamanlar heç psixoloji təsiri də yoxdur.
- Amma Azərbaycan hökumətinin iqtisadi blokuna rəhbərlik edən şəxslər sizin dediklərinizin əksinə olaraq bəyan edirlər ki, iqtisadiyyat şaxələndirilib…
– İqtisadiyyatda şaxələnmə baş versəydi biz ilk növbədə bunun nəticəsini istehlak bazarında görərdik. Və ya ixracın strukturunda bunu hiss edə bilərdik. İstehlak bazarında nə idxalı əvəz edən iqtisadiyyat yarada bildik, nə də ixracatı stimullaşdıran, yəni ixracat yönlü qeyri-neft sektoru formalaşdıra bildik. Diqqət etsək görərik ki, ixracatda qeyri-neft sektorunun payı aşağı düşüb. Çünki neft-qaz, neft məhsullarının ixracatda payı 90 faizi keçib. Əvvəlki illərə nəzər salsaq görəcəyik ki, hətta qeyri-neft ixracatının göstəriciləri mütləq mənada azalıb. İstehlak bazarı haqqında danışdıqda aydın görünür ki, kənd təsərrüfatı istiqamətli məhsullarda idxal malları üstünlük təşkil edir. Məsələn, unda, yağda, süddə və s. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi haqqında deyilənlərə rəğmən bildirim ki, iqtisadiyyatda heç olmasa iki yeni məhsul ortalığa çıxsa, demək olardı ki, şaxələnmə var və bundan danışmağa dəyər. Amma nəzərə alın ki, şaxələnmə o deməkdir ki, iqtisadiyyatımızda çoxprofilli inkişaf var. Bu inkişafın da nəticəsi Azərbaycanda özünü göstərə bilər. Lakin Azərbaycanda kənd təsərrüfatı məhsullarından başqa digər sektorun mallarını görmürük, emal sənayesi demək olar ki, yoxdur. Eləcədə, sənayenin digər sahəsinə aid məhsullar, texnoloji məhsul, geyim məhsulu faktiki yoxdur. Olanımız kənd təsərrüfatı və xammal məhsullarıdır. Bu məhsullar isə 5 il əvvəl də vardı. Başqa sözlə, 10 il əvvəl də Moskvada meyvə-tərəvəz, gül satırdıq, eləcədə Avropada xam neft satırdıq. Bu mənada, mən ciddi dəyişiklik görmürəm. Əslində məzənnə siyasəti ilə ixracat siyasəti arasında əlaqə yoxdursa, geniş şaxələndirmədən danışmağa dəyməz.
- İndiki halda Azərbaycan manatına hansı proseslər ciddi təsir göstərə bilər?
– Yalnız dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycan milli valyutasının dəyərdən düşməsinə səbəb ola bilər. Çünki neftin qiymətini ucuzlaşması Azərbaycanda xarici ticarətdə saldonun azalmasına və ya onun mənfiyə çevrilməsinə təsir göstərən başlıca amildir. Bu da tədiyyə balansında cari hesabın kəsirinin yaranmasını sürətləndirə bilər. Bu halda yeni devalvasiya ilə üzləşmə baş verə bilər.
- Yaxın dövr üçün dünya bazarında neftin qiymətini necə proqnoz edirsiniz?
– Yaxın dövrdə dünya bazarında neftin qiymətinin bahalaşacağını ehtimal edirəm. Çünki neftin əsas satış bazarlarından biri Fars körfəzidir. Körfəzdəki hərbi-siyasi gərginlik hər gün artır. Bu prosesin şiddətlənməsi, habelə İran və Venesuelada ixrac potensialının aşağı düşməsi dünya bazarında qiymətin bahalaşmasını şərtləndirən amil ola bilər.
- Bloomberqin neftin ucuzlaşacağı haqda proqnozunu əsaslı hesab etmirsiniz?
– Bloomberq mötəbər agentlikdir. Sadəcə olaraq neftin qiymətini proqnozlaşdırmaq mürəkkəb məsələdir. Mənim fikirlərim yaxın dövrə şamil ola bilər. Üstəlik, proqnozun hansı müddət üçün verilməsi əhəmiyyətldir. Qısamüddətli dövr üçün gerçək mənzərəni tədqiq etmək mümkündür, amma uzun və orta müddətli dövr üçün Bloomberqin proqnozu özünü doğruldacaq. Yəni siyasi problemlər aradan qalxarsa, ələlxüsus neft ixrac edən ölkələrin hərbi münaqişələrə cəlb edilməsi təhlükəsi aradan qalxarsa, bu zaman neftin qiymətində ucuzlaşma prosesi müşahidə edilə bilər.
- Deməli, uzunmüddətli vədədə neftin ucuzlaşması və bunun nəticəsi olaraq devalvasiya təhlükəsi ortaya çıxa bilər…
– Tamamilə doğru qənaətdir. Azərbaycan iqtisadiyyatının ağır durumu, perspektiv dəyərləndirmələr belə qənaətə gəlməyə imkan verir. Uzunmüddətli dövrdə Azərbaycanın həm xarici borcunun artması, həm daxili borcların çoxalması belə nəticə yarada bilər. Düşünürəm ki, Azərbaycan manatı yenidən ucuzlaşmağa məhkumdur və bu sabitlik çox çəkməyəcək.
- Son dövrlər pensiyaçıların, tələbələrin, müharibə əlillərinin təqaüdü artırıldı, minimum əməkhaqqı 250 manat oldu. İndiki dövrdə bu artımı problemsiz həyata keçirmək üçün hökumət tələb edilən maliyyəni hansı mənbələr hesabına dolduracaq?
– Əslində mənbələr formalaşmayıb. Bildiyiniz kimi, artımlar sentyabrın sonlarından etibarən həyata keçiriləcək. Bu o deməkdir ki, sentyabrın sonlarından minimum əməkhaqqı və maaşların artımının maliyyələşməsinə başlanılacaq. Büdcədə bu artımlar əsas xərclərə aid edilməyən əlavə xərclər kimi müəyyən edilib. Çox güman ki, bu maliyyələşə bilsə də, büdcədə gərginlik yaranacaq. Bu da onunla bağlıdır ki, artımlar əvvəlcədən proqnozlaşdırılmayıb.
- Adətən ölkəmizdə əməkhaqqı artımı ərzaq məhsullarının qiymətinin bahalaşması ilə müşahidə olunur. Bu mənada sentyabrda qiymət artımı müşahidə ediləcəkmi?
– Əslində mən deyim ki, bu proses baş verib. Mən öncədən qeyd etmişdim ki, əgər tənzilmləmə, anti-inflyasiya siyasəti və tədbirləri həyata keçirilərsə qiymət artımı ən yaxşı halda sentyabrdan başlaya bilər. İndiki halda belə tədbirlər görülmədi. Hazırda baş verənlər deməyə əsas verir ki, qiymətlərin bahalaşması baş verib. Sadəcə gözlənilir ki, mövsümü amillərin təsiri ilə sentyabr ayından bahalaşma daha da şiddətlənərək inflyasiyaya gətirib çıxarsın.
Xəbərin oxunma sayı : 1066
Müsahibə
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV