Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərbaycanın İrana 500 milyon dollar kredit verməsi təxirə salınıb“ - Politoloqdan səbəbləri haqda şərh

Tarix 24.11.18, 14:43

Font ölçüsü : - / +
bitmap-img6


"İqtisadiyyat naziri Şahin Mustafayevin bugünkü mətbuat konfransında dediyi bir vacib cümlədən anlaşılır ki, Azərbaycanın İrana verməyi planlaşdırdığı 500 milyon dollar krediti hazırki şərtlər daxilində təxirə salır. Nədir hazırki şərtlər? Bunu Şahin Mustafayevin həmin cümləsindən də aydınlaşdırmaq olar: "Mövcud beynəlxalq siyasi vəziyyətdən xəbərdarsınız. Bu səbəbdən də bu yolun tikintisi ilə bağlı danışıqlar, müzakirələr hələ davam etdirilir”".

AzFakt.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azırbaycanın qərarı doğrudur: 

"ABŞ-ın İrana qarşı sanksiyaları sərtləşib. Vaşinqton İranla yanaşı ona maliyyə dəstəyi verən ölkə və şirkətləri də sanksiya siyahısına əlavə etməyi planlaşdırır. Elə Şahin Mustafayev "mövcud beynəlxalq siyasi vəziyyətdən xəbərdarsınız” deyərkən mümkün sanksiyalara işarə edib. İndiki ağır iqtisadi şəraitdə heç İranın özü də Azərbaycandan yol tikintisi üçün 500 milyon dollar kredit götürməyə hazır deyil. Daha sonra krediti necə qaytaracaq?".

Politoloqun sözlərinə görə, şimal-cənub nəqliyyat dəhlizi üçün Azərbaycan öz ərazisində dəmir yolunu inşa edib: "Yalama istiqamətində dəmiryolu infrastrukturu yenilənib, Astaraya qədər olan yolda işlər yekunlaşıb. İran tərərəfi isə öz ərazisində Qəzvin-Rəşt dəmiryolu xəttinin tikintisini demək olar ki, başa çatdırıb. Yəni şimal-cənub dəhlizi işlək vəziyyətdədir. Yetər ki, sanksiyalar dövründə dövlətlər İranla və İran üzərindən daşımaçılığı artırmağa həvəsli olsunlar".



Xəbərin oxunma sayı : 295




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap