“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanın İranla sərhəfini qorumaq lazımdır“ - Blinkendən önəmli açıqlamalar (VİDEO)

Tarix 23.03.23, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın İranla çox uzun sərhədi var, onu qorumaq lazımdır.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib.

“Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”, - Blinken dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin ABŞ Prezident Administrasiyasının Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı üçün 700 min dollar tələb etməsi ilə bağlı təxribatçı sualını cavablandırarkən deyib.

Qeyd edək ki, senator Menendez arvadı Nadine Arslanyanın sxemi ilə erməni lobbisindən külli miqdarda pul vəsaiti almaq kimi qaranlıq əməlləri nəticəsində uzun müddətdir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) diqqətini cəlb edib və bununla bağlı araşdırma aparılır.

Beləliklə, erməni lobbisi tərəfindən maliyyələşdirilən senatorun növbəti təxribatı fiaskoya uğrayıb.

Erməni lobbisinin cəhdlərinə və lobbidən maliyyə dəstəyi alan "cib senatorlar"ın sayının artmasına baxmayaraq, Azərbaycan və ABŞ hər iki ölkə üçün faydalı olan qarşılıqlı əməkdaşlığı davam etdirir.




Xəbərin oxunma sayı : 700




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap