Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azərbaycanın bu haqlı davasında sonuna qədər yanındayıq...” - Hulusi Akar

Tarix 05.01.21, 23:20

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış hərəkatının 106-cı ildönümü ilə bağlı yaydığı mesajında vətən, millət və bayraq naminə canını fəda edən şəhidləri rəhmətlə anıb. Və bir daha Qarabağ məsələsində Türkiyənin sona qədər Azərbaycanın yanında olacağını ifadə edib.

Sarıqamış hərəkatı 1914-cü ilin dekabrından 1915-ci ilin yanvarına qədər Çar Rusiyası ilə Osmanlı imperiyası arasında eyni adlı bölgədə baş vermiş döyüşdür. Bu döyüşdə türk ordusu ruslara və onların tərəfində döyüşən erməni könüllü batalyonlarına məğlub olub. 125 minlik ordu ilə hücuma keçən türklər 40 dərəcəyə yaxın şaxtada 15 saata qədər davam gətirə biliblər, onların çoxu şaxtadan donaraq həlak olub.

Bu döyüşdə türk ordusunun 90 minə yaxın əsgərinin şəhid olduğu məlumdur. Əsir götürülən minlərlə türk əsgəri isə Bakı yaxınlığındakı Nargin adasında yerləşdirilmişdilər.

“Milli və mənəvi dəyərləri uğrunda şəhid və qazi olmağı ən böyük məqsədi kimi qəbul edən millətimiz şəhid və qazilərin qəhrəmanlıqlarını, fədakarlıqlarını əbədi olaraq vəfa duyğuları ilə xatırlayacaq”,-Hulusi Akar bildirib.

Nazir həmin günlərdə azərbaycanlıların Nargin adasında ruslar tərəfindən əsir saxlanılan türk əsgərlərinə yardımlarını da yada salıb: “Sarıqamış şəhidlərinin yad edildiyi bu anlamlı gündə “tək millət, iki dövlət” ifadəsinin ən bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqının Nargin adasında ağır şərtlərdə saxlanılan mehmetçiklərə etdiyi yardımları da minnətdarlıq hissi ilə anırıq”.

Hulusi Akar mesajında daha sonra bunları bildirib: “Bizlər də can qardaşlarımızın haqlı mübarizələrində sonuna qədər və bütün imkanlarımızla yanlarındayıq. Azərbaycanlı qardaşlarımızla sevincli və kədərli günlərdə bir və bərabərik. Bu duyğu və düşüncələrlə qazi Mustafa Kamal Atatürkü və silahdaşlarını, Sarıqamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, əbədiyyətə köçmüş bütün qazilərimizi bir daha rəhmətlə yad edirik”.



Xəbərin oxunma sayı : 712




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap